"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

Redaktor

15.07.2026 11:52
206

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

“Bank Respublika” 2026-cı ilin ikinci rübünü 34,51 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınmış 27,90 milyon manat xalis mənfəətlə müqayisədə 23,71 faiz və ya 6,61 milyon manat çoxdur.

Bankın açıqladığı maliyyə hesabatına əsasən, faiz gəlirləri 2025-ci ilin ikinci rübündəki 138,84 milyon manatdan 2026-cı ilin eyni dövründə 159,20 milyon manata yüksəlib. Beləliklə, faiz gəlirləri 14,67 faiz və ya 20,37 milyon manat artıb.

Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə əldə olunan 139,80 milyon manatlıq gəlir təşkil edib.

Hesabat dövründə faiz xərcləri 2025-ci ilin ikinci rübündəki 57,24 milyon manatdan 63,42 milyon manata yüksəlib. Bu göstərici 10,79 faiz və ya 6,18 milyon manat artıb.

Artımın əsas səbəbi cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 27,70 milyon manatdan 36,45 milyon manata yüksəlməsi olub.

Qeyri-faiz gəlirləri də artıb. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 18,02 milyon manatdan 21,28 milyon manata yüksələrək 18,09 faiz və ya 3,26 milyon manat artıb.

Eyni zamanda, qeyri-faiz xərcləri 63,75 milyon manatdan 70,97 milyon manata yüksəlib.

2026-cı ilin ikinci rübünün sonuna “Bank Respublika”nın aktivləri 2 milyard 716,9 milyon manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 2 milyard 658,4 milyon manat göstəricisi ilə müqayisədə 2,20 faiz və ya 58,54 milyon manat çoxdur.

Hesabat dövrünün sonunda bankın öhdəlikləri 2 milyard 447,4 milyon manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 2 milyard 444 milyon manatla müqayisədə 0,14 faiz və ya 3,41 milyon manat artıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur?

Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®

15.07.2026

Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"

15.07.2026

"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib

15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

15.07.2026

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

15.07.2026

Məzənnə

Yüklənir...