"İnsanlar cibindəki pula deyil, gələcək qazanc potensialına görə xərcləməlidir"

Redaktor

19.06.2026 11:31
176

"İnsanlar cibindəki pula deyil, gələcək qazanc potensialına görə xərcləməlidir"

İsmayıl Məmmədov
   Maliyyə eksperti

Gəlirləri hər ay eyni olmayan şəxslər üçün şəxsi maliyyənin idarə olunması daha çətin ola bilər. Sərbəst çalışanlar, mövsümi işçilər və ya satışdan asılı qazanc əldə edənlər gəlirlərindəki dəyişkənlik səbəbindən büdcə planlamasında müəyyən çətinliklərlə üzləşirlər. 

Bəs qeyri-sabit gəlirli büdcə necə qurulmalıdır?

Əgər gəlirin aydan-aya dəyişirsə - istər frilanser ol, istər taksi sür, istər mövsümi işlə, istərsə də ticarətdə çalış - sən “sabit maaşlılar” üçün yazılmış heç bir məsləhət kitabına uyğun gəlmirsən.

 “Maaşının 50%-i ehtiyac, 30%-i istək, 20%-i əmanət” qaydası gözəldir. Bir şərtlə: əgər hər ay o maaş gəlirsə. Amma sənin bu ay gəlirin 500 manatdırsa, o 50% ehtiyac belə sənə çatmaz. Bu, riyaziyyat deyil, reallıqdir.

İnsanlar cibindəki pula yox, gələcəkdə qazanacağını düşündüyü orta gəlirə görə xərcləməlidir.

İnsan beyni pulla bağlı qəribə işləyir. Maaş gələndə onu “ciddi pul”, bonus, mükafat gələndə isə “bazar pulu” kimi görürük və asan xərcləyirik. Halbuki pul puldur.

Bunu, düzənləmək üçün nə etməlisən, Tutaq ki, son bir ildə cibinə ümumilikdə 24 min manat girib. Bəzi ay 5000, bəzi ay 400 manat olub. Sənin orta götürməyin səhvdir - ən çox qazandığın aylar hesabı şişirdir. Ona görə medianı tap: yəni bütün ayları düzdüyündə ortada qalan rəqəmi.

İndi etibar etməli olduğun tək şey: İllik ümumi gəlirinin 85%-ni 12 aya bölmək.

Məsələn: 24.000 × 0.85 = 20.400 / 12 = ayda 1700 manat.

Bu sənin “süni maaşın”dır. Sabit maaşlı işçi kimi düşün: sənin aylıq gəlirin məhz 1700 manatdır.

Yüksək gəlirli ayda,  5000 manat gəldi. Sən 1700-ü götürüb xərcləyirsən. Qalan 3300 manatı Bufer Hesaba atırsan.

Zəif ayda,  400 manat gəldi. Sən Bufer Hesabdan əskik olan 1300 manatı götürüb özünə “maaş”ını tamamlayırsan.

Beləcə, ilin sonunda nə israf etmiş olursan, nə də borca girmiş olursan.

Çoxları Buferlə Ehtiyat Fondunu qarışdırıb batır. Biri aylıq dalğalanma üçündür, o birisi isə həyat sarsıntıları üçün: xəstəlik, işsizlik, qəza.

Bufer: 1-2 aylıq xərc qədər. Aydan-aya işləyən nəfəslikdir.

Ehtiyat Fondu: 6-12 aylıq ən zəruri xərcin qədər (əsas yaşam: çörək, kirayə, yol pulu, işıq). Buna toxunmaq qadağandır. Bu, sənin “qara gün yastığı”ndır.

Ehtiyat fondun olsa belə, əgər bütün pulun bir müştəridən, bir bacarıqdan, bir işdən gəlirsə, risk altındasan. Bunu aktiv şəkildə genişləndir. Əlavə bir xidmət öyrən, yeni müştəri tap, onlayn passiv gəlir mənbəyi yarat. Qeyri-sabit gəlirin ən yaxşı sığortası — gəlir sahələrinin sayını artırmaqdır.

Maliyyə rifahı nə qədər qazanmağında deyil, qazandığını necə ram etməyindədir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hansı avtomobillər dəyərini daha yaxşı qoruyur?

19.06.2026

“Assist Finance”ın dövriyyəsi 1,2 mlrd. manat azalıb

19.06.2026

BDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək

19.06.2026

"İnsanlar cibindəki pula deyil, gələcək qazanc potensialına görə xərcləməlidir"

19.06.2026
Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

19.06.2026

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

19.06.2026

Şirkətlərin telefon danışıqlarını avtomatlaşdıran “Bland” 50 milyon dollar investisiya cəlb edib

19.06.2026

Böyrək müalicəsini rəqəmsallaşdıran startap

19.06.2026

“Odyssey” 1,45 milyard dollar dəyərləndirmə ilə 310 milyon dollar investisiya cəlb edib

19.06.2026

"Tarqovu"dakı restoranlarda Sezar salatının qiymət fərqi 13 manata çatır

19.06.2026

Sahibkarlar üçün kredit seçimi: Bank of Baku, yoxsa ABB?

19.06.2026

"Əsl güc adınızın qarşısında “Təsisçi” yazılmasında deyil”

19.06.2026

Maliyyə vəziyyətinizin nəzarətdən çıxdığını göstərən 5 əlamət

19.06.2026

Bakı–Naxçıvan reysləri ləğv edilib

18.06.2026

Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır

18.06.2026

“Aqrarkredit” 1,3 milyon manatlıq fərdi yaşayış evini satışa çıxarır

18.06.2026

Süni intellekt dövründə işə qəbul prosesi insanlara və etibara doğru dəyişir

18.06.2026

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18.06.2026

Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir

18.06.2026

PR böhranı brendi necə gücləndirə bilər?

18.06.2026

Məzənnə

Yüklənir...