Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

Redaktor

19.06.2026 11:04
152

Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

Son illərdə Azərbaycanda çevik iş mühitlərinə tələbatın artması kovorkinq mərkəzlərinin sayının çoxalmasına səbəb olub. Startaplar, frilanserlər, kiçik bizneslər və uzaqdan çalışan mütəxəssislər üçün nəzərdə tutulan bu məkanlar ənənəvi ofislərə alternativ olaraq müxtəlif iş şəraiti, görüş otaqları və əlavə xidmətlər təqdim edir.

Valyuta.az Azərbaycanda fəaliyyət göstərən kovorkinq mərkəzlərini araşdırıb.

Araşdırma zamanı mərkəzlərin təqdim etdiyi xidmətlər, iş şəraiti və istifadəçilər üçün nəzərdə tutulan qiymət paketləri nəzərdən keçirilib.

“Fikir” kovorkinq mərkəzi - Mərkəz hazırda Bakıda Elmlər və Ağ Şəhər filialları ilə fəaliyyət göstərir. Mərkəzin üçüncü filialının isə yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

Elmlər filialı “Elmlər Akademiyası” metro stansiyasından 6 dəqiqəlik piyada məsafədə yerləşir. Ağ Şəhər filialı isə Bakının premium ərazisinin mərkəzində fəaliyyət göstərir.

Mərkəzdə təklif olunan imkanlar sırasında yüksəksürətli və limitsiz internet, təmizlik xidməti, qonaqlar üçün pulsuz çay və qəhvə servisi, ödənişsiz qarşılama və yönləndirmə xidməti, təhlükəsizlik kameraları ilə nəzarət olunan mühit, printer və skanerdən ödənişsiz istifadə, həmçinin mətbəxdən istifadə imkanı yer alır.

Həm Elmlər, həm də Ağ Şəhər filiallarında Hot Desk qiymətləri eynidir. Saatlıq “Hot Desk” xidmətinin qiyməti 8 manat, gündəlik istifadə haqqı isə 30 manat təşkil edir. Elmlər filialında bir nəfərlik sabit masa aylıq 300 manat, iki nəfərlik sabit masa isə aylıq 500 manatdır.

Ağ Şəhər filialında bir nəfərlik sabit masa üçün aylıq ödəniş 350 manat, iki nəfərlik sabit masa üçün isə 600 manat təşkil edir. Filialda altı nəfərlik qapalı ofis aylıq 1800 manat, 12 nəfərlik qapalı ofis isə aylıq 3600 manat qiymətinə təklif olunur.

Mərkəzdə görüş otaqları da fəaliyyət göstərir. Elmlər filialında yerləşən 15 nəfərlik “Red Room”, eləcə də Ağ Şəhər filialındakı 11 nəfərlik “White Room 1” otaqlarının istifadəsi saatda 15 manat təşkil edir.

Bundan əlavə, Ağ Şəhər filialında 70 nəfərlik “Event Hall” tədbir zalı da icarəyə verilir. Tədbir zalının qiyməti saatlıq 50 dən başlayır.

"Regus" kovorkinq mərkəzi - Azərbaycanda biznes fəaliyyəti üçün müxtəlif ofis və iş məkanı həlləri təklif edir. 

Təqdim olunan xidmətlər üzrə qiymətlər fərdi şəxsi ofislər, xüsusi birgə iş masaları, kiçik və böyük komanda ofisləri üçün gündəlik adambaşına 12 manatdan başlayır. Gündüz ofislərinin qiyməti gündəlik adambaşına 75 manat, ofisə giriş planları üzrə tariflər isə gündəlik adambaşına 33 manatdan başlayır.

Saatlıq ofis xidmətləri üçün qiymətlər adambaşına saatda 13 manatdan, görüş otaqları üçün isə saatda 45 manatdan başlayır. Biznes ünvanı və virtual ofis planları üzrə qiymətlər gündəlik 4 manatdan etibarən təqdim edilir.

Bundan əlavə, Regus tibbi ofislər, eləcə də gözəllik və sağlamlıq məkanları üzrə xidmətlər də təklif edir. Bu xidmətlərlə bağlı ətraflı məlumat üçün müştərilərə şirkətlə əlaqə saxlamaq tövsiyə olunur.

“Openspace” kovorkinq mərkəzi - Bakının tarixi İçərişəhər ərazisində yerləşən “Openspace” Coworking Center istifadəçilərə birgə iş mühiti təklif edir. Məkan şəhərin mərkəzində və metro stansiyasına yaxın ərazidə yerləşir.

Burada WiFi, istilik sistemi, kondisioner, pulsuz içməli su, çap xidmətləri və açıq hava terrası kimi imkanlar mövcuddur.

Birgə iş sahəsindən istifadə üçün gündəlik tarif 30 manat, aylıq tarif isə 300 manat təşkil edir. İllik tarif qiymət tələb üzrə təqdim olunur.

Mərkəzdə həmçinin şəxsi ofis və virtual ofis xidmətləri də mövcuddur. Bu xidmətlər üzrə gündəlik, aylıq və illik qiymətlər tələb üzrə təqdim edilir.

“Fabrika” kovorkinq mərkəzi - Bakının mərkəzində, biznes rayonunda yerləşən “Fabrika” kovorkinq mərkəzi istifadəçilərə müasir birgə iş mühiti təqdim edir.

“Fabrika” ofis məkanından gözlənilən əsas imkanlarla yanaşı, yaradıcılığı və əməkdaşlığı təşviq edən birgə iş şəraiti təklif edir. Kovorkinq mərkəzində WiFi və çap xidmətləri, həmçinin istirahət zonası, kondisioner, istilik sistemi, mətbəx, şəxsi saxlanc dolabları, təchiz olunmuş mətbəx və icarəyə verilən tədbir məkanı mövcuddur. İstifadəçilər üçün pulsuz qəhvə, çay, içməli su və qəlyanaltılar da təqdim edilir. Mərkəzdə velosiped dayanacağı da fəaliyyət göstərir.

“Fabrika” müxtəlif sahələrdən olan insanların ünsiyyət qurması, yeni biznes ideyaları inkişaf etdirməsi və müştərilərlə görüşlər keçirməsi üçün imkan yaradır.

Birgə iş sahəsindən istifadə üçün gündəlik tarif bir nəfər üçün 13 manat, aylıq tarif isə 130 manat təşkil edir. İllik tarif qiymət tələb üzrə təqdim olunur.

Mərkəzdə şəxsi ofis və virtual ofis xidmətləri də mövcuddur. Bu xidmətlər üzrə gündəlik, aylıq və illik qiymətlər tələb üzrə təqdim edilir.

“Lotfi Zadeh Technology Center” - LTC istifadəçilərə Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filialları vasitəsilə xidmət göstərir.

Mərkəz kiçik sahibkarlar, startaplar, frilanserlər, iş adamları və ofis məkanına ehtiyac duyan digər şəxslər üçün müxtəlif iş sahələri təqdim edir.

Mərkəzdə kovorkinq sahələri ilə yanaşı, iclas, təlim və təqdimatların keçirilməsi üçün müxtəlif ölçülü görüş və konfrans otaqları da fəaliyyət göstərir. İstifadəçilər tədbirlər, seminarlar, biznes və müştəri görüşləri üçün 6, 8, 10, 45 və 60 nəfərlik otaqları saatlıq əsasda icarəyə götürə bilirlər.

LTC üzvlərinə 7/24 giriş imkanı, yüksək sürətli internet, limitsiz çay və qəhvə, printer və skaner xidmətləri, təhlükəsizlik və təmizlik xidmətləri təqdim edir. Mərkəzdə mütəmadi olaraq şəbəkələşmə məqsədli tədbirlər keçirilir, həmçinin üzvlər müxtəlif xidmətlər üzrə güzəşt və endirimlərdən yararlana bilirlər.

Mərkəzin təklif etdiyi iş məkanları sırasında şəxsi ofislər, kubiklər, aylıq və həftəlik sabit masalar, eləcə də gündəlik və aylıq qaynar masa xidmətləri yer alır. Bu iş məkanlarında istifadəçilərə şəxsi masa, kilidli çəkməcə, yüksək sürətli internet, printer və skaner xidmətləri, limitsiz çay və qəhvə, təhlükəsizlik və təmizlik xidmətləri təqdim olunur.

Bundan əlavə, şəxsi ofis, kubikl və aylıq sabit masa istifadəçilərinə 100 manatlıq iclas otağı balansı, eləcə də “Fuzzy Coffee&Wine” tərəfindən təqdim olunan kofe tərkibli içkilərə 50% endirim imkanı verilir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hansı avtomobillər dəyərini daha yaxşı qoruyur?

19.06.2026

“Assist Finance”ın dövriyyəsi 1,2 mlrd. manat azalıb

19.06.2026

BDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək

19.06.2026

"İnsanlar cibindəki pula deyil, gələcək qazanc potensialına görə xərcləməlidir"

19.06.2026
Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

19.06.2026

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

19.06.2026

Şirkətlərin telefon danışıqlarını avtomatlaşdıran “Bland” 50 milyon dollar investisiya cəlb edib

19.06.2026

Böyrək müalicəsini rəqəmsallaşdıran startap

19.06.2026

“Odyssey” 1,45 milyard dollar dəyərləndirmə ilə 310 milyon dollar investisiya cəlb edib

19.06.2026

"Tarqovu"dakı restoranlarda Sezar salatının qiymət fərqi 13 manata çatır

19.06.2026

Sahibkarlar üçün kredit seçimi: Bank of Baku, yoxsa ABB?

19.06.2026

"Əsl güc adınızın qarşısında “Təsisçi” yazılmasında deyil”

19.06.2026

Maliyyə vəziyyətinizin nəzarətdən çıxdığını göstərən 5 əlamət

19.06.2026

Bakı–Naxçıvan reysləri ləğv edilib

18.06.2026

Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır

18.06.2026

“Aqrarkredit” 1,3 milyon manatlıq fərdi yaşayış evini satışa çıxarır

18.06.2026

Süni intellekt dövründə işə qəbul prosesi insanlara və etibara doğru dəyişir

18.06.2026

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18.06.2026

Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir

18.06.2026

PR böhranı brendi necə gücləndirə bilər?

18.06.2026

Məzənnə

Yüklənir...