Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir

Redaktor

18.06.2026 20:07
28

Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir

“Pew Research”in yeni hesabatına görə, ABŞ-da yetkin əhalinin təxminən yarısı artıq süni intellekt çatbotlarından istifadə edir. Hər dörd nəfərdən biri isə bu alətləri gündəlik olaraq açır. 

Valyuta.az xəbər verir ki, 2024-cü ilin yayında bu göstərici təxminən 33 faiz idi, bu isə ciddi artım deməkdir. Bununla belə, süni intellektin cəmiyyət üçün faydalı olacağına inananların payı cəmi 16 faizdir.

Bazarın lideri gözlənildiyi kimi “OpenAI”dır. Amerikalıların 44 faizi “ChatGPT” istifadə edir. Siyahıda ikinci yerdə 24 faizlə “Google Gemini”, 17 faizlə “Microsoft Copilot”, 14 faizlə “Meta AI” yer alır. Elon Maskın “Grok” aləti 8 faiz, “Claude” 6 faiz, “Character.ai” isə 3 faiz səviyyəsində istifadə olunur.

İstifadə etməyən 51 faizlik böyük bir qrup da mövcuddur. Qalan istifadəçilər isə bu texnologiyaları müxtəlif intensivliklə gündəlik həyatlarına daxil edirlər.

Süni intellektdən istifadə yaş qruplarına görə ciddi fərqlənir. 18–29 yaş aralığında olanların 66 faizi bu alətlərdən istifadə edir. Yaş artdıqca göstərici azalır və 65 yaşdan yuxarı şəxslərdə 23 faizə düşür.

Araşdırmada diqqət çəkən əsas ziddiyyət isə gənclərlə bağlıdır. Gənclər süni intellekti ən çox istifadə edən qrup olsa da, eyni zamanda gələcəyə ən pessimist yanaşanlardır. Onların təxminən yarısı süni intellektin növbəti 20 ildə cəmiyyətə zərər verəcəyini düşünür. Əsas səbəb kimi işsizlik qorxusu göstərilir.

Yüksək gəlirli şəxslər arasında istifadə daha geniş yayılıb. Yüksək gəlir qrupunda süni intellektdən istifadə 66 faiz olduğu halda, aşağı gəlir qrupunda bu göstərici 41 faizdir.

İstifadə məqsədlərinə baxıldıqda, insanların 42 faizi süni intellekti informasiya axtarışı üçün istifadə edir. Bu, bir çox hallarda “Google” əvəzinə çatbotlara müraciət edildiyini göstərir. İkinci əsas istifadə sahəsi işlə bağlıdır: çalışanların 38 faizi bu alətləri iş prosesində tətbiq edir.

Şirkətlər isə bu vəziyyətdən narahatdır. İşəgötürənlər əməkdaşların məxfi məlumatları süni intellekt platformaları ilə paylaşmasından ehtiyat edir. Buna baxmayaraq, bir çox işçi qadağalara baxmayaraq bu alətlərdən istifadə etməyə davam edir.

İstifadəçilərin 25 faizi əyləncə məqsədilə, 24 faizi görüntü və video yaratmaq üçün, 20 faizi sağlamlıq və pəhriz məsləhəti almaq üçün süni intellektdən istifadə edir. Təxminən 10 faiz emosional dəstək və söhbət məqsədilə, 4 faiz isə təkliyini azaltmaq üçün bu alətlərə müraciət edir.

İstifadəçilərin 30 faizi süni intellektin məhsuldarlığı artırdığını bildirir. Lakin şəxsi məlumatların qorunması və sosial təsirlər mövzusunda etibar aşağıdır. Respondentlərin 71 faizi süni intellektin şəxsi məlumatlar üçün risk yaratdığını düşünür.

Həm hökumətə, həm də texnologiya şirkətlərinə etibar da zəifdir. Amerikalıların 67 faizi dövlətin bu texnologiyanı effektiv tənzimləyəcəyinə inanmır. Şirkətlərin məsuliyyətli davranacağına inananların payı isə 41 faizdir.

Süni intellektdən istifadə etməyənlərin 83 faizi “maraqlı deyil” cavabını verir. 79 faizi şəxsi məlumatlarının oğurlanmasından qorxur, 76 faizi isə verilən məlumatlara etibar etmir. 14 faizi isə bu texnologiyadan istifadə etdiyinə görə başqaları tərəfindən mühakimə olunmaqdan çəkinir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt dövründə işə qəbul prosesi insanlara və etibara doğru dəyişir

18.06.2026

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18.06.2026

Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir

18.06.2026

PR böhranı brendi necə gücləndirə bilər?

18.06.2026

BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər

18.06.2026

Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri

18.06.2026

"PayPal Ventures" yeni investisiyaları dayandırdı

18.06.2026

AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib

18.06.2026

"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi

18.06.2026

Startapların inkişafı üçün 425 min manatlıq layihə

18.06.2026

Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər

18.06.2026

"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"

18.06.2026

Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

18.06.2026

Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

18.06.2026

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

18.06.2026

Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il

18.06.2026

Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı

18.06.2026

Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?

18.06.2026

Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos

18.06.2026

Məzənnə

Yüklənir...