Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

Redaktor

18.06.2026 15:45
37

Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

Süni intellekt dəstəkli məhkəmə işlərinin idarə edilməsi platforması olan “Turbo Law” 3,8 milyon dollar investisiya cəlb edib.

Valyuta.az xəbər verir ki, şirkətin investisiya turuna “Revo Capital” rəhbərlik edib.

Şirkətin açıqlamasına görə, cəlb olunan vəsait məhsulun inkişafının sürətləndirilməsi, komandanın genişləndirilməsi və ABŞ bazarında böyümənin dəstəklənməsi məqsədilə istifadə olunacaq.

“Turbo Law” 2025-ci ildə Cey Sarmaz (Cey Sarmaz) və Özgür Bora Gevrek tərəfindən təsis edilib. Şirkət hüquq firmaları və sığorta şirkətləri üçün nəzərdə tutulmuş süni intellekt dəstəkli məhkəmə işlərinin idarə edilməsi platforması hazırlayan hüquq texnologiyaları startapıdır.

Platforma mürəkkəb məhkəmə proseslərində istifadə olunan sənədləri, qeydləri və digər məlumatları vahid rəqəmsal mühitdə birləşdirərək hüquq komandalarının fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradır.

“Turbo Law” məhkəmə işlərinin araşdırılması, hüquqi tədqiqatların aparılması, iddia və müdafiə sənədlərinin hazırlanması, risklərin qiymətləndirilməsi və məhkəmə strategiyalarının formalaşdırılması kimi proseslərdə süni intellektdən istifadə edir. Bu sayədə hüquqşünaslar böyük həcmdə məlumat və sənədləri daha sürətli təhlil edə, qərarvermə proseslərini daha operativ həyata keçirə bilirlər.

Xüsusilə tibbi səhlənkarlıq, sığorta mənşəli mübahisələr və mülki hüquq pozuntuları ilə bağlı məhkəmə işlərinə fokuslanan “Turbo Law” iş materiallarındakı əlaqələri və kritik məlumatları daha görünən hala gətirərək hüquq komandalarına hərtərəfli iş mühiti təqdim edir.

Şirkətin məlumatına görə, platforma indiyədək 1 800-dən çox aktiv məhkəmə işinin idarə olunmasında istifadə edilib və 5 milyondan artıq səhifə hüquqi sənədi emal edib.

“Revo Capital”ın həmtəsisçisi və baş icraçı direktoru Cenk Bayrakdar bildirib ki, süni intellekt hüquq kimi böyük həcmdə məlumatlarla işləyən sahələri köklü şəkildə dəyişdirir. Onun sözlərinə görə, “Turbo Law” məhkəmə proseslərini dərindən anlayaraq bu transformasiyanı həyata keçirdiyi üçün bazarda fərqlənir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Startapların inkişafı üçün 425 min manatlıq layihə

18.06.2026

Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər

18.06.2026

"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"

18.06.2026

Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

18.06.2026

Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

18.06.2026

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

18.06.2026

Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il

18.06.2026

Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı

18.06.2026

Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?

18.06.2026

Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos

18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr

Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI

18.06.2026

"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"

18.06.2026

"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər

18.06.2026
Google Sənədlərində süni intellekti necə söndürmək olar?

Google Sənədlərində süni intellekti necə söndürmək olar?

18.06.2026

"Paşa Sığorta"dan TƏBİB-ə keçdi: İcraçı direktora yeni müşavir təyinatı

18.06.2026

Bitcoin və Ether ETF-lərindən 111 milyon dollar vəsait çıxarıldı

18.06.2026

46 milyon dollar cəlb edən startap gizlilikdən çıxdı

18.06.2026

"Rocket Lab" Nasdaq-100 indeksinə daxil olur

18.06.2026

Azərbaycanda məşhur dondurmaların ən ucuz və ən bahalı çeşidləri - SİYAHI

18.06.2026

Məzənnə

Yüklənir...