"Böyük startaplar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər"- Nicat Manafov

Redaktor

09.06.2026 09:00
166

"Böyük startaplar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər"- Nicat Manafov

Startaplar böyük investisiya cəlb etməyə, peşəkar satış komandaları qurmağa və marketinq büdcələrini artırmağa çalışır. Buna baxmayaraq, bir çox layihə ilk müştərilərini tapmadan fəaliyyətini dayandırır. Maraqlıdır ki, uğursuzluğa səbəb həmişə məhsulun zəifliyi və ya maliyyə çatışmazlığı olmur. Bəzən problem daha fundamental məsələlərdən qaynaqlanır. Təsisçinin bazarı nə dərəcədə anlaması, müştəri ilə birbaşa işləməsi və satış prosesində oynadığı rol. Bəs startapın ilk satışlarını təsisçi özü, yoxsa peşəkar satış komandası etməlidir? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, Azərbaycandakı startapların tək problemlərindən biri maliyyə çatışmazlığı deyil, eyni zamanda satış problemləri də olur: "Bəzən həqiqətən bazarın ehtiyacı olmadan məhsullar hazırlayırlar. Eyni məhsuldan 10 dənə olduğu halda, onlar 11-cisini hazırlayırlar. Digər 10 məhsuldan heç bir üstünlüyü olmur. Əlbəttə, satış ciddi marketinq büdcələri tələb edən fəaliyyət növüdür. Büdcəniz azdırsa və ya sərmayə tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuz çox unikal və ya qeyri-adi deyilsə, böyük investorlar olmadan satış etmək demək olar ki, qeyri-mümkündür. Ona görə də Azərbaycan kimi ölkələrdə çox unikal məhsul hazırlamaq lazımdır ki, az büdcə ilə də satışa nail olmaq mümkün olsun. Əks təqdirdə, bu çox çətindir. İnvestor demək olar ki, yoxdur. Özünü investor adlandıranlar isə müxtəlif qurumlardan aldıqları vəsaitləri öz şirkətlərinə yönəltməklə məşğuldurlar. Yəni startaplar üçün real investisiya mühiti görünmür.

Təsisçi özü də ilk növbədə çox yaxşı satışçı olmalıdır. Onun satış qabiliyyəti bir çox digər bacarıqlardan daha önəmlidir. 

"Böyük startaplara baxdıqda görürük ki, onlar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər. Məsələn, “Facebook”, “Shazam” və X və.s. Onlar müəyyən istifadəçi kütləsinə çatdıqdan sonra reklama başlayırlar.  Bu layihələr Azərbaycanda yaransaydı, böyük ehtimalla fəaliyyətə başladıqdan bir neçə ay sonra uğursuzluğa düçar olardılar. Çünki onların maliyyə resurslarına çıxışı olmayacaqdı", - deyə N.Manafov vurğulayıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...