Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

Redaktor

18.06.2026 15:20
85

Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

Azərbaycanda vençur kapitalı fondlarının fəaliyyəti ilə bağlı yeni tələblər müəyyən edilir. Dəyişikliklər fondların investisiya istiqamətlərini, hüquqi formasını, borclanma limitlərini və nəzarət mexanizmlərini əhatə edir.

Valyuta.az xəbər verir ki, bununla bağlı müddəalar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, vençur kapitalı fondunun nizamnaməsində və ya təsis sənədlərində fondun əsas fəaliyyət istiqaməti aydın göstərilməlidir. Fond cəlb etdiyi vəsaitin azı 70 faizini qanunda nəzərdə tutulan investisiya məqsədlərinə yönəltməlidir. Qalan vəsait isə likvidliyin idarə olunması üçün digər maliyyə alətlərinə yerləşdirilə bilər.

Vençur kapitalı fondları iki rejimdə fəaliyyət göstərə biləcək: azad hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur kapitalı fondu. Fondlar məhdud məsuliyyətli cəmiyyət, qapalı səhmdar cəmiyyəti, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər.

Qanun layihəsində fondların digər sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir. Onların əsas fəaliyyəti investorların vəsaitlərini innovativ layihələrə yönəltməkdən ibarət olacaq.

Sənədə görə, vençur kapitalı fondları rəqəmsal texnologiyaların və innovasiya məhsullarının hazırlanması, istehsalı və təkmilləşdirilməsi ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə investisiya edə biləcək. Bu kateqoriyaya “Startap” şəhadətnaməsi alan, texnologiyalar parkı, texnoloji biznes inkubatoru, sənaye və azad iqtisadi zonalarda qeydiyyatdan keçən sahibkarların layihələri də daxildir.

Fondların borc götürməsi isə onların fəaliyyət rejimindən asılı olacaq. Azad hesabatlı vençur kapitalı fondu yalnız qısamüddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün borclana bilər. Bu halda ümumi borc öhdəlikləri fondun ümumi kapital öhdəliklərinin 30 faizindən çox olmamalı, hər borcun müddəti isə 12 ayı keçməməlidir.

Lisenziyalaşdırılan vençur kapitalı fondu üçün daha sərt limit nəzərdə tutulur. Belə fond aktivlərinin 10 faizindən artıq olmayan məbləğdə və maksimum üç ay müddətinə borc götürə bilər.

Lisenziyalaşdırılan vençur kapitalı fondunun minimum nizamnamə kapitalı və kapitalın formalaşdırılması qaydalarını Azərbaycan Mərkəzi Bankı müəyyən edəcək. Fondun pay mülkiyyətçilərinin və ya səhmdarlarının reyestri isə mərkəzi depozitar tərəfindən aparılacaq.

Layihəyə əsasən, vençur kapitalı fondu ildə ən azı bir dəfə idarə etdiyi aktivlərin həcmini hesablamalıdır. Bu hesablamanın qaydaları da Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.

Fondlar investisiyalarını həm Azərbaycanda, həm də “Valyuta tənzimi haqqında” qanunun tələbləri nəzərə alınmaqla ölkədən kənarda həyata keçirə biləcəklər.

Bundan başqa, fondun fəaliyyət müddətinin uzadılması, idarəçinin dəyişdirilməsi və əvvəlki fondun fəaliyyət müddəti başa çatdıqdan sonra yeni varis vençur kapitalı fondunun yaradılması məsələləri fondun nizamnaməsi və ya investisiya bəyannaməsi ilə tənzimlənəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər

18.06.2026

"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"

18.06.2026

Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

18.06.2026

Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

18.06.2026

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

18.06.2026

Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il

18.06.2026

Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı

18.06.2026

Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?

18.06.2026

Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos

18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr

Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI

18.06.2026

"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"

18.06.2026

"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər

18.06.2026
Google Sənədlərində süni intellekti necə söndürmək olar?

Google Sənədlərində süni intellekti necə söndürmək olar?

18.06.2026

"Paşa Sığorta"dan TƏBİB-ə keçdi: İcraçı direktora yeni müşavir təyinatı

18.06.2026

Bitcoin və Ether ETF-lərindən 111 milyon dollar vəsait çıxarıldı

18.06.2026

46 milyon dollar cəlb edən startap gizlilikdən çıxdı

18.06.2026

"Rocket Lab" Nasdaq-100 indeksinə daxil olur

18.06.2026

Azərbaycanda məşhur dondurmaların ən ucuz və ən bahalı çeşidləri - SİYAHI

18.06.2026
"AccessBank" 1000 manat depozitə neçə faiz qazanc verir?

"AccessBank" 1000 manat depozitə neçə faiz qazanc verir? - CƏDVƏL

18.06.2026

Məzənnə

Yüklənir...