Redaktor
Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sistemi (FED) qərarından sonra bankın bu il faiz artımına gedə biləcəyi ilə bağlı gözləntilərin güclənməsi səbəbindən yaranan mənfi təsirlər və ABŞ ilə İran arasında imzalanan anlaşma memorandumu ilə bağlı müsbət təsirlər arasında istiqamət tapmağa çalışır.
Valyuta.az xəbər verir ki, geosiyasi inkişaflar və mərkəzi bankların pul siyasəti qərarları bazarların yönü üzərində əsas təsir göstərməkdə davam edir.
FED uçot faiz dərəcəsini gözləntilərə uyğun olaraq 3,5-3,75 faiz aralığında sabit saxlayıb. Qərarın yekdilliklə qəbul edildiyi bildirilib.
Açıqlamada inflyasiyanın enerji də daxil olmaqla bəzi sahələrdə qiymət artımlarına səbəb olan təklif şoklarının təsiri ilə 2 faizlik hədəfin üzərində qaldığı qeyd edilib və qiymət sabitliyinin təmin olunmasının əsas prioritet olduğu vurğulanıb.
Eyni zamanda FED-in yeni proqnozlarında ilin sonuna dair faiz gözləntilərinin yüksəldilməsi diqqət çəkib. Bu da 2026-cı ildə faiz artımı ehtimalını gücləndirib. Proqnozlara görə 18 rəsmidən 9-u bu il ən azı bir faiz artımı gözləyir.
FED-in yeni proqnozlarında inflyasiya gözləntisi bu il üçün 2,7 faizdən 3,6 faizə qaldırılıb. ABŞ iqtisadi artım proqnozu isə 2,4 faizdən 2,2 faizə endirilib. İşsizlik proqnozu 4,4 faizdən 4,3 faizə azaldılıb. Qərar və sərt pul siyasəti siqnalları fonunda Wall Street azalma ilə günü başa vurub. “Dow Jones” 0,98 faiz, “S&P 500” 1,21 faiz, “Nasdaq” isə 1,34 faiz düşüb.
ABŞ 10 illik istiqraz faizi 4,45 faiz səviyyəsində sabitləşib. Dollar indeksi isə 100,2 səviyyəsində qərarlaşıb.
Brent neft 1 faiz ucuzlaşaraq 77,7 dollar olub. Qızılın unsiyası isə 4316 dollar səviyyəsinə yüksəlib.
Avropada səhmlər əsasən müsbət istiqamətdə hərəkət edib. Bank və texnologiya səhmləri yüksəlişə dəstək verib.
Asiyada isə qarışıq mənzərə müşahidə olunur. Yaponiya və Cənubi Koreya bazarları yüksəldiyi halda Çin və Honq Konq birjalarında azalma qeydə alınıb.
ABŞ və İran arasında imzalanan anlaşma ilə geosiyasi gərginliyin azalacağı və enerji təchizatında sabitliyin güclənəcəyi gözləntiləri formalaşıb. Bu da neft qiymətlərinə eniş təzyiqi yaradıb.
Bu gün bazarlarda Böyük Britaniya Mərkəzi Bankının (BoE) faiz qərarı, ABŞ işsizlik müraciətləri və "Philadelphia Fed" sənaye indeksi kimi göstəricilər izlənəcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI
18.06.2026"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"
18.06.2026"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər
18.06.2026
Google Sənədlərində süni intellekti necə söndürmək olar?
18.06.2026"Paşa Sığorta"dan TƏBİB-ə keçdi: İcraçı direktora yeni müşavir təyinatı
18.06.2026Bitcoin və Ether ETF-lərindən 111 milyon dollar vəsait çıxarıldı
18.06.202646 milyon dollar cəlb edən startap gizlilikdən çıxdı
18.06.2026"Rocket Lab" Nasdaq-100 indeksinə daxil olur
18.06.2026Azərbaycanda məşhur dondurmaların ən ucuz və ən bahalı çeşidləri - SİYAHI
18.06.2026
"AccessBank" 1000 manat depozitə neçə faiz qazanc verir? - CƏDVƏL
18.06.2026İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir
18.06.2026Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayıb ®
18.06.2026Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
18.06.2026Azərbaycan nefti cüzi ucuzlaşdı
18.06.2026