Redaktor
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Azərbaycan son bir neçə il ərzində bir sıra sosial dəstək paketlərini həyata keçirib.
Valyuta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
O bildirib ki, bu sosial dəstək paketləri ölkə əhalisinin 30 %-dən çox hissəsini əhatə edib:
"Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi təxminən 5 % civarındadır. Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"AccessBank"da 1000 manat depozit nə qədər gəlir gətirir?
18.06.2026İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir
18.06.2026Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayıb ®
18.06.2026Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
18.06.2026Azərbaycan nefti cüzi ucuzlaşdı
18.06.2026Banklar avtokredit üçün nə qədər ilkin ödəniş tələb edir? - CƏDVƏL
18.06.2026Prezident İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir
18.06.2026
"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"
18.06.2026