"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

Redaktor

18.06.2026 09:00
105

"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

Yaxşı rəhbərin işçinin peşəkar inkişafına töhfə verməsi, onun karyera yüksəlişinə dəstək olması tez-tez vurğulanır. Bununla yanaşı, qeyri-peşəkar idarəetmə tərzi və ya rəhbərlə yaşanan problemlərin də işçinin motivasiyasına, performansına və gələcək karyera imkanlarına təsir göstərə biləcəyi bildirilir. Maraqlıdır, pis rəhbər işçinin karyerasını məhv edə bilər?

İnsan resursları üzrə menecer Röyal Əhmədov Valyuta.az-a bildirib ki, son dövrlərdə iş həyatında ən çox rast gəlinən problemlərdən biri də rəhbər və işçi münasibətləridir:

"Təəssüf ki, cavab "bəli"dir. Rəhbər sadəcə tapşırıq verən şəxs deyil. O, komandanın inkişafına istiqamət verən, işçilərin potensialını üzə çıxaran və sağlam iş mühiti formalaşdıran əsas fiqurlardan biridir. Əgər rəhbər bu funksiyanı düzgün yerinə yetirmirsə, bunun ilk mənfi təsirlərini işçinin motivasiyasında, performansında və peşəkar inkişafında görmək mümkündür. Burada vacib məqam odur ki, “pis rəhbər” dedikdə nə nəzərdə tutulur. Tənqid edən və ya intizam tələb edən rəhbər pis rəhbər hesab olunmur. Pis rəhbər dedikdə əməkdaşlara qarşı qeyri-etik davranan, ayrı-seçkilik edən, işçilərin əməyini qiymətləndirməyən, psixoloji təzyiq göstərən, inkişaf imkanlarını məhdudlaşdıran və ya şəxsi münasibətləri peşəkarlıqdan üstün tutan rəhbər nəzərdə tutulur. Belə hallarda işçi özünəinamını itirə, təşəbbüskarlıq qabiliyyəti zəifləyə və hətta peşəkar bacarıqlarını nümayiş etdirməkdən çəkinə bilər. Uzunmüddətli perspektivdə isə bu vəziyyət karyera inkişafının ləngiməsinə, işdən ayrılmalara və peşəkar tükənmişliyə səbəb ola bilər".

"Məsələnin hüquqi tərəfinə gəldikdə isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının qorunmasını təmin edir. İş yerində ayrı-seçkilik, təhqir, qanunsuz təzyiq və ya əmək hüquqlarının pozulması yolverilməz hesab olunur. İşəgötürən işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmağa borcludur. Əgər rəhbərin davranışları işçinin hüquqlarının pozulmasına səbəb olursa, həmin işçi qanunvericiliklə müəyyən edilmiş qaydada öz hüquqlarını müdafiə etmək imkanına malikdir. Lakin hesab edirəm ki, ən ideal yanaşma problemlərin məhkəmə və ya mübahisə mərhələsinə çatmadan həll edilməsidir. Peşəkar rəhbər açıq ünsiyyət qurmalı, əməkdaşlarını dinləməli, obyektiv qərarlar qəbul etməli və komandanın inkişafını prioritet hesab etməlidir. Çünki güclü rəhbər təkcə nəticə əldə edən deyil, həm də ətrafındakı insanların inkişafına töhfə verən rəhbərdir. Unutmayaq ki, yaxşı rəhbər işçinin karyerasını sürətləndirə bildiyi kimi, yanlış idarəetmə yanaşması da həmin karyeranın inkişafına ciddi maneələr yarada bilər. Buna görə də müasir iş dünyasında rəhbərlik yalnız vəzifə deyil, eyni zamanda böyük məsuliyyətdir" - deyə ekspert bildirir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə sazişi imzalayıb.” ®

18.06.2026

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

18.06.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

18.06.2026

Banklar avtokredit üçün nə qədər ilkin ödəniş tələb edir? - CƏDVƏL

18.06.2026

Prezident İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir

18.06.2026
"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

18.06.2026
Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

18.06.2026

FES baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb

17.06.2026

"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

17.06.2026

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Məzənnə

Yüklənir...