Redaktor
"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır
"SpaceX" süni intellekt əsaslı proqramlaşdırma aləti "Cursor"un arxasında dayanan "Anysphere" startapını 60 milyard dollar dəyərində, tamamilə səhmlərlə maliyyələşdirilən müqavilə çərçivəsində satın almaq barədə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, bu 2026-cı ildə vençur kapitalı ilə dəstəklənən startaplar arasında həyata keçirilən ən böyük satınalmalardan biri hesab olunur.
Cəmi dörd il əvvəl yaradılan "Anysphere" indiyədək "Andreessen Horowitz", "Thrive Capital", "Accel" və "Coatue" daxil olmaqla bir sıra investorlardan ümumilikdə 3,4 milyard dollar investisiya cəlb edib. Şirkət sonuncu dəfə ötən ilin noyabrında 30 milyard dollar dəyərində qiymətləndirilib.
Satınalma nəticəsində "SpaceX" korporativ proqram təminatı bazarına daxil olmağı hədəfləyir. Şirkətin portfelinə daxil olan "Cursor" süni intellekt dəstəyi ilə proqramlaşdırma prosesini avtomatlaşdıran aparıcı alətlərdən biri hesab olunur və ötən ilin noyabrında illik hesablanmış gəlirinin 1 milyard dolları ötüb.
Qeyd edək ki, "SpaceX" son illərdə fəaliyyətini kosmik texnologiyalarla məhdudlaşdırmayaraq, süni intellekt və rəqəmsal platformalar istiqamətində genişləndirir. Şirkət daha əvvəl "X" sosial şəbəkəsini və "xAI" şirkətini də öz tərkibinə qatıb.
"Cursor"un satın alınması ilə bağlı xəbərlərdən sonra "SpaceX" səhmləri təxminən 16 faiz bahalaşıb.
Rəfiqə Abdin