Redaktor
Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?
Adətən yay başlamazdan əvvəl Avropanın bu məşhur dənizkənarı məkanı hotellər, restoran terrasları və çimərliklərdəki sıxlıqla seçilir. Lakin bu il burada sakitlik hökm sürür, çünki çoxsaylı turistlər səfərlərini ləğv ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə "Startlap.hu" nəşri yazır.
Materialda qeyd olunur ki, ötən il Kipr turizm sahəsində tarixi rekord əldə etmişdi. Rəsmi məlumatlara əsasən, ölkəyə 4,53 milyondan çox turist səfər edib ki, bu da 2024-cü illə müqayisədə 12,2 faiz çoxdur. Turizmdən əldə olunan gəlir 3,7 milyard avroya yaxınlaşıb və qonaqların təxminən üçdə biri Böyük Britaniyadan gəlib. Lakin 2026-cı ilin yazında vəziyyət qəfil mənfi istiqamətdə dəyişib.
Kipr Hotellər Assosiasiyasının məlumatına görə, mart ayında yeni rezervasiyaların sayı təxminən 40 faiz azalıb. Aprel ayında da oxşar geriləmə müşahidə olunub.
“Nəticədə gəlirlər də azalıb. Mart ayında turizmdən əldə olunan gəlir illik müqayisədə 33,8 faiz azalaraq 85,6 milyon avroya düşüb”, deyə nəşr yazır.
Niyə turistlər Kiprə getmirlər?
Peşəkar təşkilatlar bu azalmanı ilk növbədə Yaxın Şərqdəki hərbi vəziyyətlə əlaqələndirirlər.
“Kipr Avropa İttifaqının üzvü və məşhur Aralıq dənizi kurortu olsa da, coğrafi baxımdan Yaxın Şərqdəki münaqişə zonasına yaxın yerləşir. Mart ayının əvvəlində adanın cənubundakı Britaniyaya məxsus ‘Akrotiri’ hərbi bazasına pilotsuz uçuş aparatının düşməsi turistlərin narahatlığını daha da artırıb”, deyə nəşr xatırladıb.
"easyJet" şirkətinin rəhbəri bildirib ki, qeyri-müəyyənlik səbəbindən bir çox sərnişin alternativ olaraq İspaniyanı seçib, Kiprə isə tələbat azalıb. Bu qərarlara yalnız təhlükəsizlik narahatlıqları deyil, həm də yanacaq qiymətlərinin artması, marşrutların uzanması və aviabiletlərin bahalaşması təsir göstərir.
Yay mövsümündə 450 minə qədər turist çatışmaya bilər
Larnaka və Pafos hava limanlarını idarə edən "Hermes Airports" şirkətinin məlumatına görə, aviaşirkətlər aprel-oktyabr aylarını əhatə edən yay cədvəlindən təxminən 600 min sərnişin yeri çıxarıblar.
Materialda qeyd edilir ki, bu, ümumi daşıma qabiliyyətinin təxminən 5 faiz azalması deməkdir. Bununla belə, sərnişin axını ötən illə müqayisədə daha çox – təxminən 9 faiz azala bilər. Bu isə ölkəyə gələn turistlərin sayının təxminən 450 min nəfər azalması anlamına gəlir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda 50 milyon dollarlıq saziş imzalandı
17.06.2026Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək
17.06.2026TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®
17.06.2026Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır
17.06.2026Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI
17.06.2026Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər
17.06.2026Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik
17.06.2026Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər
17.06.2026Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
17.06.2026Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?
17.06.2026Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?
17.06.2026Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir
17.06.2026"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub
17.06.2026Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək
17.06.2026"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"
17.06.2026Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
17.06.2026Nabran yolu nə vaxt açılacaq?
17.06.2026Elektromobil idxalına çəkilən xərc 13,4 milyon dollar azalıb
17.06.2026
Fərid Məmmədov: "Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional üçbucaq yaratmışıq"
17.06.2026