Redaktor
"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"
"2010-cu ildə qlobal islam maliyyəsinin həcmi 1 trilyon dollar idisə, bu gün bu rəqəm 5 trilyon dollara çatıb. Lakin bu artım ümumi qlobal maliyyə sisteminin hələ 1%-i belə deyil, okeanda sadəcə bir damladır. Məhz buna görə də bizə Bakının, Azərbaycanın və Mərkəzi Asiyanın aktivliyi lazımdır".
Valyuta.az xəbər verir ki, bunu Beynəlxalq İslam Likvidliyin İdarə Edilməsi Korporasiyasının (IILM) Baş icraçı direktoru Məhəmməd Səfri Həmid Bakıda keçirilən İslam İnkişaf Bankı (İSDB) Qrupunun Özəl Sektor Forumunda (PSF 2026) çıxışı zamanı deyib.
O bildirib ki, islam maliyyəsinin böyüməsi üçün ABŞ və ya Avropa bazarlarına arxalana bilmərik, çünki bu artımı qərb bazarları dəstəkləməyəcək. Onun sözlərinə görə, islam ölkələri arasında sərhədlərarası inteqrasiya, aktiv təkrar bazar və standartlaşdırma əsas şərtdir.
O çıxışında Mərkəzi Asiya və Azərbaycanın daxil olduğu regionun böyük müsəlman əhalisinə diqqət çəkərək, "Bu regionda islam bankçılığının payı cəmi 4%-dir" deyə xüsusi vurğulayıb. O qeyd edib ki, bu kiçik rəqəm region üçün həm də böyük bir fürsətdir. Vaxtilə Malayziyada da bu payın 5% olduğunu xatırladan baş icraçı direktor, hökumətin və Mərkəzi Bankın qətiyyətli dəstəyi sayəsində bu göstəricinin orada hazırda 50%-ə yaxınlaşdığını qeyd edib.
Qurum rəhbəri islam dünyasındakı reytinq problemini də dilə gətirib: "Bütün islam aləmində beynəlxalq agentliklər tərəfindən 'A-' və ondan yüksək kredit reytinqi alan cəmi 4 ölkə var: BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər".
O qeyd edib ki, bu reytinq qıtlığı bir çox layihələrin fundamental olaraq səmərəli olmasına baxmayaraq, beynəlxalq səviyyədə "maliyyələşdirilə bilən" (bankable) hesab edilməməsinə səbəb olur. Bu maneəni aşmaq üçün İSDB və digər çoxtərəfli qurumlar risklərin bölüşdürülməsində və layihələrin kredit etibarlılığının artırılmasında daha aktiv rol oynamalıdırlar.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda 50 milyon dollarlıq saziş imzalandı
17.06.2026Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək
17.06.2026TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®
17.06.2026Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır
17.06.2026Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI
17.06.2026Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər
17.06.2026Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik
17.06.2026Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər
17.06.2026Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
17.06.2026Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?
17.06.2026Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?
17.06.2026Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir
17.06.2026"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub
17.06.2026Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək
17.06.2026"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"
17.06.2026Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
17.06.2026Nabran yolu nə vaxt açılacaq?
17.06.2026Elektromobil idxalına çəkilən xərc 13,4 milyon dollar azalıb
17.06.2026
Fərid Məmmədov: "Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional üçbucaq yaratmışıq"
17.06.2026