Redaktor
Fərid Məmmədov: "Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional üçbucaq yaratmışıq"
"PASHA Financial Holding" daxili bazarda ən böyük bank və sığorta şirkətlərinə sahib olmaqla yanaşı, regional inteqrasiyaya da xüsusi önəm verir. Biz 2013-cü ildə Gürcüstan, 2014-cü ildə isə Türkiyə bazarına daxil olmaqla, regionda ticarət və bank həllərini birləşdirən regional üçbucaq modelini yaratmışıq".
Valyuta.az xəbər verir ki, bunu "PASHA Financial Holding"in Baş icraçı direktoru və "Kapital Bank"ın Müşahidə Şurasının sədri Fərid Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (İSDB) Qrupunun Özəl Sektor Forumunda (PSF 2026) çıxışı zamanı deyib.
Holdinq rəhbəri bildirib ki, layihələrin maliyyələşdirilməsi və regional əməkdaşlığın inkişafı üçün real iqtisadi səmərəlilik (feasibility) əsas şərtdir: "Yerli konteksti yaxşı anlayan özəl sektor nümayəndələri və banklar olaraq əsas rol layihələrin təkcə strateji deyil, həm də kommersiya baxımından səmərəliliyini təmin etməkdir".
F.Məmmədov İqtisadiyyat Nazirliyinin formalaşdırdığı Dövlət-Özəl Tərəfdaşlığı (ÖİT) çərçivəsinin də məhz bu səmərəliliyi hədəflədiyini vurğulayıb.
Çıxışda sərhədlərarası harmonizasiya məsələsinə də toxunulub.
F.Məmmədov qeyd edib ki, əgər bir yük maşını region ölkələrinin hər bir sərhədində dayanıb gözləyirsə, bu, inteqrasiya olunmuş ticarət sayıla bilməz.
Holdinqin Türkiyədəki "Trendyol" e-ticarət platforması ilə tərəfdaşlığına diqqət çəkən icraçı direktor, ölkələr arasında ticarəti inteqrasiya etmək məqsədilə İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonası ilə birgə harmonizasiya edilmiş marşrutlar üzərində işlədiklərini bildirib.
Baş icraçı direktor beynəlxalq maliyyə qurumlarının (MFI) və çoxtərəfli inkişaf banklarının ağıllı risk bölgüsündəki rolunu da önə çəkib. O qeyd edib ki, bu qurumlar bəzən real, bəzən isə sadəcə risk qavrayışı (subyektiv risk) səbəbindən yaranan maneələri aşmaqda yerli və regional oyunçulara dəstək olmalıdırlar.
Sonda özəl sektorun layihələrə ilkin mərhələdən cəlb edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, investorlar layihə hazır olduqdan sonra deyil, onun dizayn və strukturlaşdırılma mərhələsindən prosesə qoşulmalıdırlar.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026