Redaktor
Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
Dünya kino sənayesində uğurun əsas göstəricilərindən biri filmlərin kassadakı nəticələridir. Bəzi aktyorlar uzun illər ərzində iştirak etdikləri uğurlu layihələr sayəsində milyardlarla dollar gəlir əldə edən filmlərin simasına çevriliblər. "The Numbers" portalının son statistikası dünya üzrə ən çox gəlir gətirən aktyorların reytinqini ortaya qoyub.
Siyahıda yer alan aktyorların əksəriyyəti uzunmüddətli karyeraya malikdir.
Onlar ya "Marvel" kimi nəhəng kino kainatlarının, ya da "Avatar", "Fast & Furious", "Mission: Impossible" və "Jurassic World" kimi rekordlar qıran franşizaların əsas simaları olublar.
Dueyn “Rok” Conson – 11,46 milyard dollar
Peşəkar güləşdən Hollivuda keçid edən Dueyn Conson son 20 ildə dünyanın ən populyar aktyorlarından birinə çevrilib. Xüsusilə "Fast & Furious" seriyasına qoşulduqdan sonra onun filmlərinin gəlirləri sürətlə artıb. "Moana" və "Jumanji" kimi layihələr də bu uğura böyük töhfə verib.
Kris Evans – 11,48 milyard dollar
Kapitan Amerika obrazı ilə məşhurlaşan Kris Evans dünya kino tarixinin ən gəlirli filmlərindən olan "Avengers: Endgame"in əsas aktyor heyətində yer alıb. O, son illərdə "Deadpool & Wolverine" kimi uğurlu layihələrdə də görünərək mövqeyini qoruyub.
Vin Dizel – 12 milyard dollar
"Fast & Furious" franşizasının əsas siması hesab edilən Vin Dizel seriyanın əldə etdiyi 7 milyard dollardan çox gəlirin mühüm hissəsinə sahibdir. Aktyor həmçinin "Guardians of the Galaxy" filmlərində Qrut obrazını səsləndirməklə böyük uğur qazanıb.
Kris Hemsvort – 12,2 milyard dollar
Tor obrazı ilə tanınan Kris Hemsvort həm eyniadlı filmlərin, həm də "Avengers" seriyasının uğurunda mühüm rol oynayıb. Onun iştirakı ilə çəkilən filmlər dünya üzrə milyardlarla dollar gəlir əldə edib.
Tom Kruz – 12,7 milyard dollar
Hollivudun son böyük kino ulduzlarından biri hesab olunan Tom Kruz artıq dörd onillikdir kassalarda uğur qazanır. "Mission: Impossible" və "Top Gun" franşizaları onun ümumi nəticələrində əsas paya malikdir.
Kris Pratt – 14,1 milyard dollar
Televiziya komediyalarından böyük büdcəli blokbasterlərə keçid edən Kris Pratt "Guardians of the Galaxy", "Jurassic World", "The Lego Movie" və "The Super Mario Bros. Movie" kimi layihələrlə dünya miqyasında böyük tamaşaçı auditoriyası qazanıb.
Robert Dauni – 14,3 milyard dollar
Bir zamanlar şəxsi problemlərinə görə karyerası təhlükə altına düşən Robert Dauni "Iron Man" filmi ilə möhtəşəm dönüş edib. O, sonradan "Marvel" Kinematoqrafiya Kainatının ən vacib simalarından birinə çevrilərək milyardlarla dollarlıq uğura imza atıb.
Samuel L. Cekson – 14,6 milyard dollar
Samuel L. Cekson müxtəlif dövrlərin ən uğurlu kino layihələrində yer alması ilə seçilir. "Star Wars", "Marvel" və "The Incredibles" kimi nəhəng franşizalar onun karyerasının əsas sütunlarını təşkil edir.
Skarlett Yohansson – 15,4 milyard dollar
Qara Dul obrazı ilə milyonlarla tamaşaçının rəğbətini qazanan Skarlett Yohansson uzun illər dünyanın ən çox gəlir gətirən aktrisası olub. O, həm "Marvel" filmlərində, həm də "The Jungle Book", "Sing" və "Jurassic World Rebirth" kimi layihələrdə uğur qazanıb.
Zoi Saldanya – 15,47 milyard dollar
Hazırda dünya kassasında ən çox gəlir gətirən aktyor adına Zoi Saldanya sahibdir. Aktrisa "Star Trek" seriyasında Uhura, "Guardians of the Galaxy" filmlərində Qamora və "Avatar" franşizasında Neytiri obrazlarını canlandırıb.
Xüsusilə Ceyms Kemeronun 2025-ci ildə təqdim etdiyi "Avatar: Fire & Ash" filminin dünya üzrə 1 milyard dollardan çox gəlir əldə etməsi Saldanyanın reytinqdə birinci pilləyə yüksəlməsini təmin edib.
Beləliklə, hazırkı göstəricilərə əsasən, Zoi Saldanya 15,47 milyard dollarlıq ümumi kassa gəliri ilə dünya kino tarixinin ən çox gəlir gətirən aktyoru hesab olunur. Onun ən yaxın izləyicisi isə 15,4 milyard dollar nəticə ilə Skarlett Yohanssondur.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
19.06.2026Varlı olmağın üstünlükləri və mənfi cəhətləri
19.06.2026Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı
19.06.2026Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu
19.06.2026Dünya şöhrətli şirkətlərin ilk məhsulları
19.06.2026Dünyanın ən yaxşı kompakt elektromobləri seçildi - TOP 10
19.06.2026Avropa İttifaqının ən ucuz və ən bahalı ölkələri - SİYAHI
19.06.2026Professorun startapı hüceyrələrin qocalmasına qarşı preparatı sınaqdan keçirəcək
19.06.2026Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
19.06.2026Maliyyə planı hazırlayarkən bir çoxlarının gözdən qaçırdığı vacib addım
19.06.2026Vençur fondlarının ən çox diqqətini çəkən 10 startap
19.06.2026