Maliyyə və investisiyaları anlamaq üçün izlənilməli 9 film

Redaktor

19.06.2026 15:40
38

Maliyyə və investisiyaları anlamaq üçün izlənilməli 9 film

Maliyyə dünyası çox vaxt mürəkkəb terminlər, risklər və böyük pullarla əlaqələndirilir. Lakin bəzi filmlər və sənədli ekran işləri bu sahədə baş verən hadisələri sadə dillə izah etməyi bacarır. Wall Street-dəki fırıldaqlardan tutmuş qlobal maliyyə böhranına, kriptovalyuta qalmaqallarından investor psixologiyasına qədər bir çox mövzunu əhatə edən bu ekran işləri maliyyə savadlılığını artırmaq istəyənlər üçün faydalı mənbə hesab olunur.

Boiler Room (2000) – IMDb: 7.0

Film kiçik broker şirkətlərinin pərdəarxasını göstərir. Gənc və ambisiyalı əməkdaşlar sürətli qazanc və yüksək gəlir vədləri ilə cəlb edilir, lakin zaman keçdikcə bunun arxasında qeyri-etik fəaliyyətlərin dayandığı ortaya çıxır."Boiler Room" maliyyə sektorunda çalışan insanların qarşılaşdığı mənəvi dilemmləri və tamahın hansı nəticələrə səbəb ola biləcəyini göstərən ən yaxşı filmlərdən biri hesab olunur.

Enron: The Smartest Guys in the Room (2005) – IMDb: 7.6

Bu sənədli film ABŞ tarixinin ən böyük korporativ qalmaqallarından biri olan Enron hadisəsini araşdırır. Bir vaxtlar ölkənin ən innovativ şirkətlərindən biri hesab edilən Enron saxta hesabatlar və maliyyə manipulyasiyaları nəticəsində iflas edib. Film korporativ idarəetmədə şəffaflığın və nəzarətin nə qədər vacib olduğunu göstərir.

Inside Job (2010) – IMDb: 8.2

Oskar mükafatına layiq görülən bu sənədli film 2008-ci il qlobal maliyyə böhranının səbəblərini araşdırır. Film banklar, reytinq agentlikləri və dövlət qurumları arasında mövcud olan problemləri izah edir.Maliyyə böhranlarının necə yarandığını başa düşmək istəyənlər üçün ən yaxşı mənbələrdən biri hesab olunur.

Margin Call (2011) – IMDb: 7.1

Hadisələr 2008-ci il böhranının ilk saatlarında böyük investisiya bankında cərəyan edir. Bank əməkdaşları şirkətin milyardlarla dollar itki ilə üzləşəcəyini anlayır və çətin qərarlar verməli olurlar. Film risklərin idarə olunması və maliyyə institutlarının böhran anında necə davrandığını göstərir.

The Wolf of Wall Street (2013) – IMDb: 8.2

Leonardo DiCaprionun canlandırdığı Jordan Belfortun real həyat hekayəsinə əsaslanan film Wall Street-in ən qalmaqallı dövrlərindən birini əks etdirir. Film bir tərəfdən uğur və zənginlik hekayəsi kimi görünsə də, digər tərəfdən tamahın, qanunsuz fəaliyyətlərin və məsuliyyətsiz qərarların nəticələrini nümayiş etdirir.

The Big Short (2015) – IMDb: 7.8

Maliyyə haqqında çəkilmiş ən uğurlu filmlərdən biri hesab olunan "The Big Short" ABŞ-da daşınmaz əmlak bazarının çökməsini əvvəlcədən görən investorların hekayəsindən bəhs edir. Film ipoteka kreditləri, maliyyə alətləri və bazar riskləri kimi mürəkkəb mövzuları sadə və anlaşıqlı şəkildə izah etməsi ilə seçilir.

Trust No One: The Hunt for the Crypto King (2022) – IMDb: 6.3

Sənədli film Kanadanın QuadrigaCX kriptobirjasının rəhbəri Cerald Kottenin müəmmalı ölümündən sonra minlərlə investorun vəsaitlərinə çıxışını itirməsi hadisəsini araşdırır. Ekran işi kriptovalyuta sektorunda şəffaflığın və nəzarətin vacibliyinə diqqət çəkir.

Dumb Money (2023) – IMDb: 6.9

Film 2021-ci ildə bütün maliyyə dünyasının diqqət mərkəzinə çevrilən GameStop hadisəsinə həsr olunub. Sosial şəbəkələrdə birləşən fərdi investorlar böyük hedc fondlarına qarşı çıxaraq bazarda ciddi dəyişiklik yaradırlar. "Dumb Money" internetin və kollektiv investor davranışının maliyyə bazarlarına təsirini göstərir.

Bitconned (2024) – IMDb: 6.5

Kriptovalyuta sektorunda baş vermiş fırıldaqçılıq sxemlərini araşdıran sənədli film investorların hansı risklərlə üzləşə biləcəyini nümayiş etdirir. Film texnologiya və maliyyənin kəsişdiyi nöqtədə nəzarətsiz ambisiyanın hansı nəticələr doğura biləcəyini göstərir.

Bu filmlərin hər biri fərqli hadisələrdən bəhs etsə də, ortaq mesaj eynidir: maliyyə bazarlarında uğur yalnız qazanc əldə etməkdən ibarət deyil. Şəffaflıq, etik davranış, risklərin düzgün qiymətləndirilməsi və məlumatlı qərarlar həm investorlar, həm də şirkətlər üçün həlledici əhəmiyyət daşıyır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

19.06.2026

Maliyyə planı hazırlayarkən bir çoxlarının gözdən qaçırdığı vacib addım

19.06.2026

Vençur fondlarının ən çox diqqətini çəkən 10 startap

19.06.2026
Bill Akkman satdı, Uorren Baffet isə payını üç dəfə artırdı

Bill Akkman satdı, Uorren Baffet isə payını üç dəfə artırdı

19.06.2026

Maliyyə və investisiyaları anlamaq üçün izlənilməli 9 film

19.06.2026

“SpaceX” birjaya 20 milyard dollarlıq əlavə istiqraz buraxacaq

19.06.2026

12,4 milyard manatlıq əmanət ən çox hansı regionlardan cəlb edilib? - CƏDVƏL

19.06.2026

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib ®

19.06.2026

Prezident 2 nazirliyə yeni səlahiyyət verdi

19.06.2026

5 ayda 1073 kiloqramdan çox qızıl istehsal edilib

19.06.2026

"Baseten" 13 milyard dollar dəyərləndirmə ilə 1,5 milyard dollar investisiya cəlb edir

19.06.2026

Stolüstü kompüter istehsalı 83%-dən çox azalıb

19.06.2026

Hansı avtomobillər dəyərini daha yaxşı qoruyur?

19.06.2026

“Assist Finance”ın dövriyyəsi 1,2 mlrd. manat azalıb

19.06.2026

BDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək

19.06.2026

Qeyri-sabit gəlirli şəxslər büdcəni necə qurmalıdır?

19.06.2026
Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər

19.06.2026

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

19.06.2026

Şirkətlərin telefon danışıqlarını avtomatlaşdıran “Bland” 50 milyon dollar investisiya cəlb edib

19.06.2026

Böyrək müalicəsini rəqəmsallaşdıran startap

19.06.2026

Məzənnə

Yüklənir...