Rəhbərin inamı əməkdaşın uğuruna çevriləndə...
05.06.2026 09:42
273

Rəhbərin inamı əməkdaşın uğuruna çevriləndə...

Solmaz Əliyeva
   Layihə rəhbəri


Hər hansı bir işə başlamazdan əvvəl müəyyən gözləntiləriniz olur, doğrudur? Olur, əlbəttə. Bu, insan psixologiyasının təbii bir hissəsidir. Yəni, bir işə başlayarkən, bir layihə həyata keçirərkən beynimiz avtomotik olaraq gələcəklə bağlı ssenarilər qurur. Öz təcrübəmə əsasən deyə bilərəm ki, hər hansı bir işə başlayanda mənim gözləntim çox konkret və dəqiq olur, yəni beynimdə prosesin nəticəsini pozitiv bitmiş halda canlandırıram. Sanki artıq yaşanmış kimi.

Maraqlıdır ki, sonradan özümdə fərq etdiyim bir məqam var: nəticəni çox canlı və detallı şəkildə xəyal etdikdə, beynim bunu müəyyən mənada artıq əldə olunmuş bir uğur kimi qəbul edir. Sanki məqsədə çatmışam və bunun yaratdığı müsbət hissləri əvvəlcədən yaşayıram. Maraqlı məqam budur ki, belə olduqda isə bəzən həmin nəticəyə çatmaq üçün lazım olan səyi göstərmək həvəsi azalır. Çünki beyin məqsədin özündən çox, onun yaratdığı emosional mükafata reaksiya verir və bu mükafatı xəyal vasitəsilə əvvəlcədən almış olur. Məhz buna görə bu yöntəm məndə işləmir, amma bunun tərs üzü də var və əsasən daha çox bu halı yaşamağı insanlara məsləhət görürlər. Deyirlər beyin xəyal və reallığı ayırd etmir, amma əlbətdə ki, bu tam belə deyil. 

İndi isə fərqli bir gözlənti haqda danışacağam.

Heç fərqində olmadan gözləntilərinizin təsiri altında addımlar atmısınız? Bilin ki, beynimiz bunu tam məntiqlə bizə əsaslandırır - əslində isə arxa cəbhədən xəbərimiz olmur. Bir az dərinə getsək görərik ki, bunun arxasında Piqmalion və Qalem effektləri durur.

Piqmalion effekti (Rosenthal effekti)

Piqmalion effekti (Rosenthal effekti) - psixoloji fenomendir. Bu fenomenə görə bir insanın (məsələn, müəllim, valideyn və ya rəhbərin) başqa bir insanın (məsələn, şagird, uşaq və ya işçinin) qabiliyyəti və ya davranışı haqqında gözləntiləri həmin insanın real nəticələrinə və davranışına təsir edir.  

Rozental və Jacobsonun eksperimenti

1965-ci ildə keçirilən eksperiment “Sinifdə Piqmalion” adlı məqalədə dərc edilmişdir. Tədqiqat Kaliforniyada ibtidai məktəbdə aparılıb. 1-6-cı sinif şagirdləri müşahidə olunub.

Tədqiqatın əsas hipotezi belə idi: müəllimlərin şagirdlər haqqında gözləntiləri onların tədris nəticələrinə təsir edəcək. İlin əvvəlində uşaqlara IQ testi verildi. Sonra təsadüfi seçilmiş şagirdlər müəllimlərə “yüksək potensiallı” kimi təqdim edildi. İlin sonunda IQ yenidən ölçüldü.

Nəticə:
• “Potensiallı” kimi təqdim olunan uşaqlar daha yüksək nəticə göstərdi.
• Müəllimlər həmin uşaqlara daha müsbət yanaşırdı.
• Eyni nəticə göstərən, lakin “istedadlı” kimi təqdim olunmayan uşaqlara isə müəllimlər həvəssiz yanaşırdı.

 Beləliklə, müəllimlərin gözləntiləri şagirdlərin nəticələrinə real təsir göstərmişdir.

Golem effekti

Golem effekti — aşağı gözləntilərin nəticəni pisləşdirməsidir. Əgər rəhbər və ya insan özü özündən aşağı nəticə gözləyirsə, performans həqiqətən aşağı düşür. Yəni yuxarıda yazılan Piqamlion effektinin tərsi kimidir. Bir sözlə, Piqmalion və Qolem effekti insanlararası təsiretmə mexanizmidir. Başqa bir insan haqqında gözləntilərimiz onun davranışını və düşünmə qabiliyyətlərini həmin gözləntilərə uyğun şəkildə dəyişə bilər. 

Tibbdə tətbiqi

Piqmalion və Qolem effekti xəstələrin müalicəsində də özünü göstərib.

 Çinin Hunan əyalətində COVID-19 xəstələri üzərində araşdırma aparılıb.

89 xəstə iki qrupa bölünüb:

 Müşahidə qrupu (45 nəfər) və nəzarət qrupu (44 nəfər)

 Hər iki qrup psixoloji dəstək alırdı.

Amma müşahidə qrupuna əlavə olaraq Piqmalion effektinə əsaslanan dəstək verilirdi.

 Bu dəstək nələrdən ibarət idi
1. Xəstələrlə ünsiyyət qurmaq və müsbət atmosfer yaratmaq.
2. Xəstələrə xəstəlik haqqında düzgün məlumat vermək
3. Sağalan insanların hekayələrini danışmaq
4. Onları ruhlandırmaq və gələcək həyatlarını təsəvvür etdirmək
5. Meditasiya və emosional rahatlama

Nəticə :
Bu metod tətbiq olunan xəstələr : 
• daha az stress keçirdi
• daha yaxşı psixoloji vəziyyətdə idi
• sağalma prosesi daha sürətli idi.

 Nəticədə müşahidə qrupunun psixoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. 

Daha bir nümunə - Çin nümunəsi – “Əjdaha ili” uşaqları

 Çində inanırlar ki, Əjdaha ilində doğulan uşaqlar uğurlu olur.

Araşdırma göstərir ki:
• bu uşaqlar məktəbdə daha yaxşı oxuyur
• daha çox universitet bitirir.
 Bunun səbəbi də budur:

 Valideynlər bu uşaqlardan böyük uğur gözlədikləri üçün:
• daha çox vaxt ayırırlar
• daha çox pul xərcləyirlər
• onları daha çox dəstəkləyirlər.

Beləliklə, proqnoz öz-özünü doğruldur.

Yuxarıdakı təcrübələr göstərir ki, Piqmalion və Qolem effekti insanların bir-birinə olan gözləntiləri davranış və nəticələrə ciddi təsir edir. Bu sistem bizə bir daha isbat edir ki,  insanlara qarşı ciddi, səliqəli və doğru mövqedə davranmalıyıq. May Musk kitabında belə deyir: “Övladlarımın potensialına inanırdım və beyinlərinə yeridirdim ki, elə bir şey yoxdur siz onun öhdəsindən gəlməyəsiniz. Mənim beynimə bunu valideynlərim yeridib, mən də övladlarıma bunu inandırmışam. Böyük gözlənti = Böyük nəticə”.
Bu nəzəriyyələrin idarəçilikdə tətbiq edilməsi biznesin maksimum effektiv işləməsi və birbaşa müsbət təsir edəcəyindən əminəm. Bir şirkət təsəvvür edin: rəhbər əməkdaşları ilə daim müsbət ünsiyyətdədir, onlara inandığını deyir və göstərir və ən əsası – işin hər mərhələsində dəstək olur. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi ®

05.06.2026

İlham Əliyev milli komandamıza 1 milyon manat ayırdı

05.06.2026

"Prior Credit" BOKT-un mənfəəti 15%-dən çox artıb

05.06.2026

"Apple" öz qaydasını pozdu: "Siri"nin yeni beyni "Google" və "Nvidia"ya tapşırılır

05.06.2026

"Yüksək maaş uzunmüddətli perspektivdə hər zaman məmnunluq yaratmır" - Ekspert

05.06.2026

Azərbaycanda sosial media lideri bir ayda dəyişdi

05.06.2026

Məzənnə

Yüklənir...