Redaktor
92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun Baş direktoru, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadə vəzifəsindən azad olunub.
Valyuta.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
A.Əlizadəni adıçəkilən vəzifədə Elçin Vəliyev əvəzləyib. Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 5-də imzaladığı müvafiq əmrlə E.Vəliyev Geologiya İnstitutunun direktor müavini təyin olunub. O, institutun direktoru səlahiyyətlərini müvəqqəti icra edəcək (struktur dəyişikliyindən sonra Baş direktor vəzifəsi direktor postu ilə əvəzlənib).
Qeyd edək ki, Azərbaycanın görkəmli alimi A.Əlizadə 1934-cü ilin fevralın 25-də Bakı şəhərində anadan olub.
O, 1976-cı ildən - 50 ildir Geologiya İnstitutuna rəhbərlik edirdi.
A.Əlizadə 2013-2019-cu illərdə AMEA prezidenti olub. O, həmin dövrdə də institutun rəhbəri postunda qalırdı.
Xatırladaq ki, Geologiya İnstitutu 1926-cı ildə yaradılıb. 2003-cü ildə Geologiya və Dərin Neft-qaz Yataqlarının Problemləri institutlarının bazasında Geologiya İnstitutu formalaşdırılıb. 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu AMEA-nın Geologiya və Geofizika İnstitutu adlandırılıb.
Prezident İlham Əliyevin 2022-ci il iyulun 28-də imzaladığı fərmanla Geologiya və Geofizika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Dövlət başçısı 2025-ci il aprelin 4-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla, bir sıra elmi müəssisələr birləşdirilib.
Sərəncamla Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu yaradılıb. Birləşmiş instituta akademik Akif Əlizadə rəhbərlik edirdi.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026