Redaktor
"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
Elektrikli avtomobil istehsalçısı "Tesla"nın keçmiş müştərilərlə bağladığı otonom sürüş paketlərinə dair müqavilələrdə geriyə dönük dəyişiklik etdiyi iddia olunub.
Valyuta.az xəbər verir ki, iddialara görə, 2016–2024-cü illər arasında satılan “Full Self-Driving” (FSD) – yəni Tam Avtonom Sürücülük paketlərinə aid sənədlərə sonradan “denetimli” ifadəsi əlavə edilib.
Bir neçə "Tesla" sahibinin diqqət yetirdiyi bu dəyişiklikdən sonra istifadəçilər hüquqi proseslər üçün köhnə müqavilələrə çıxış əldə etməyə çalışdıqlarını, lakin orijinal sənədlərin sistemdən itirildiyini bildiriblər. Dəyişdirilmiş versiyalara keçidlərin də işləmədiyi qeyd olunur.
Tesla uzun müddət bu sistemi “Tam Avtonom Sürücülük İstedadı” kimi təqdim etmiş və gələcək yeniləmələrlə avtomobillərin tam müstəqil hərəkət edə biləcəyini bildirmişdi. Lakin 2024-cü ildən etibarən sistemin adı “Tam Avtonom Sürücülük (Nəzarət altında)” kimi yenilənib və insan nəzarətinin zəruri olduğu vurğulanıb.
İddialara görə, "Tesla" rəhbəri İlon Maskın açıqlamaları da mübahisələri gücləndirib. O, bəzi köhnə texniki avadanlıqlara malik avtomobillərin tam avtonom səviyyəyə çatmasının mümkün olmadığını etiraf edib.
İstifadəçilər bildirirlər ki, 2019–2020-ci illərdə imzalanan bəzi müqavilələrə artıq çıxış yoxdur və bu sənədlərin yerini boş və ya keçərsiz səhifələr alıb. Digər "Tesla" sənədlərinə isə normal şəkildə baxmaq mümkündür.
Şirkətin yalnız müqavilələri deyil, keçmiş bəzi marketinq məzmununu da platformadan sildiyi iddia olunur. 2016-cı ildə yayımlanan və "Tesla" avtomobillərinin gələcəkdə insanlardan daha təhlükəsiz avtonom sürüş edə biləcəyini iddia edən blog yazısının da sonradan saytdan çıxarıldığı bildirilir.
Son dövrdə "Tesla"nın otonom sürüş texnologiyaları ilə bağlı hüquqi təzyiqlərlə üzləşdiyi qeyd olunur. Kaliforniyada tənzimləyici orqan “Autopilot” terminindən istifadəyə məhdudiyyət qoyub.
Bundan əlavə, Florida ştatında baş verən ölümcül qəza ilə bağlı 243 milyon dollarlıq təzminat qərarı da məhkəmə tərəfindən təsdiqlənib. Texasda "Cybertruck" ilə bağlı başqa bir qəzanın da məhkəmə prosesi davam edir. İddialara görə, şirkət həm marketinq dili, həm də texniki iddiaları səbəbindən müxtəlif hüquqi çətinliklərlə üz-üzədir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026