Redaktor
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi ®
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin “Sıfır Tullantı” həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən başladılan “Sıfır Tullantı” həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026