Mövsümi xərclər necə planlaşdırılmalıdır?
29.05.2026 09:15
819

Mövsümi xərclər necə planlaşdırılmalıdır?

İsmayıl Məmmədov
   Maliyyə eksperti

Mövsümi xərclər bir çox ailə büdcəsində gözlənilməz maliyyə yükü kimi ortaya çıxsa da, düzgün planlaşdırma ilə bu xərcləri əvvəlcədən idarə etmək mümkündür. Xüsusilə bayramlar, yay istirahəti kimi dövrlərdə artan xərclər maliyyə sabitliyinə təsir göstərə bilər.

Bəs mövsümi xərclər necə planlaşdırılmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə orta aylıq maaşın 1100 manat (~ 630 dollar) olduğu bir ölkəmizdən, rəqəmlərin və ağıllı iqtisadi qərarların işığında cavablandıraq.

2025-ci ildə Azərbaycan vətəndaşları xaricdə istirahətə 2 milyard 34 milyon manat xərcləyib. Bu, əvvəlki illə müqayisədə ciddi artım deməkdir. Yəni xaricə axın var. Bəs bu pulla nə etmək olardı? Təsəvvür edin: hər il xaricə xərclədiyimiz vəsaitin heç olmasa yarısını Azərbaycanda qoysaq, neçə yeni hotel, neçə yeni turizm marşrutu, neçə kənd evi qonaq qəbuluna hazır olar...

1 həftəlik 1 neferin istirahətin maliyyə yükü belə görünür:

Azərbaycan (regionlar) 750 – 1.300 
Gürcüstan 1.200 – 1.650
Misir 1.600 – 2.160 
Dubay 2.400 – 4.200 
Türkiyə 3.580 – 4.630 
Avropa 4.400 – 7.300

Bir həftəlik Türkiyə səfəri üçün demək olar ki, 4 aylıq maaşınızı qurban verməlisiniz. Avropa səfəri isə ilin yarısının gəlirinə bərabərdir. Təbii ki, gəliri yüksək olanlar üçün bu nisbət daha aşağıdır, amma orta statistik ailə üçün mənzərə ciddidir.

Azərbaycan regionları: Qəbələ, İsmayıllı, Şəki, Quba, Lənkəran...

Ölkəmizin hər guşəsi bir nağıldır. Gündəlik 100 manata rahat istirahət, təbiət qoynunda yürüyüşlər, kənd evlərində səhər yeməkləri. Üstəlik yoldaşınla, ailənlə vaxt keçirirsən və viza stressi sıfır.

Tbilisinin qədim küçələri, Kazbegi dağları, Batumi sahili... Bura Bakıdan maşınla da getmək olar, təyyarə ilə də. Gündəlik xərcin cəmi 26 dollar olması onu regionun ən sərfəli xarici məkanı edir. Viza yoxdur, dil baxımından da rus və ya ingilis dili rahat kömək edir.

Misir – Şarm əl-Şeyx. Bakıdan birbaşa reys var, bilet 762 manatdan başlayır. Qırmızı dənizin rəngarəng balıqları, hər şey daxil otellər... Avropanın izdihamından uzaq, sakit və əlverişli bir məkan. Qiymətlər Türkiyə ilə müqayisədə daha aşağıdır, amma eyni səviyyəli istirahət verir.

Türkiyəyə erkən bron edin! Erkən rezervasiya xərcləri 20–40 faiz azalda bilər. Pik mövsümdən (iyulun ortası – avqustun sonu) kənar vaxtlar seçmək də ciddi qənaət deməkdir. Məsələn, sentyabrın əvvəli həm qiymətlər düşür, həm də hava hələ isti olur.

İstirahət bir status yarışı deyil, enerjinizi bərpa etmək, ailənizlə keyfiyyətli vaxt keçirmək fürsətidir. Mütləq xaricə getmək lazım deyil; Azərbaycanın hələ kəşf etmədiyiniz möcüzəli guşələri var. Əgər xaric istəyi ağır basırsa, ən azından tam xərcləri hesablayın, erkən rezervasiya edin, gizli xərclər üçün büdcənizin 15 faizini ehtiyat saxlayın.

1 Türkiyə səfəri = 3 dəfə Qəbələ + 2 dəfə Şəki + 1 dəfə Naxçıvan səfəri.
1 Avropa səfəri = ilin 6 ayı işlədiyiniz maaş.

Ağıllı seçim edin ki, istirahətdən qayıdanda cibinizdə “tətil depressiyası” deyil, xoş xatirələr və sağlam maliyyə vəziyyəti olsun.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 yaşlı neftçi Məsməli Mustafayev: 16 yaşında neft mədənində işləməyə başlayıb

19.07.2026

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb

19.07.2026

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

19.07.2026

200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı

19.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

18.07.2026

"Google" süni intellekt yarışında mövqelərini itirir

18.07.2026

Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

18.07.2026

"BlackRock" CEO-su: "Kriptovalyuta bazarı daha sabit vəziyyətə gəlib"

18.07.2026

"Assist Finance"ın dövriyyəsi açıqlanıb

18.07.2026

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

18.07.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

18.07.2026

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Məzənnə

Yüklənir...