Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

Redaktor

18.07.2026 13:07
43

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

"Elektron ticarətin geniş yayılması kosmetik məhsulların onlayn satışının həcmini artırıb. Bununla yanaşı, onlayn alış-veriş zamanı məhsulun fiziki vəziyyətini, qablaşdırılmasını, saxlanma şəraitini və təhlükəsizlik göstəricilərini əvvəlcədən qiymətləndirmək mümkün olmadığından istehlakçılar daha diqqətli olmalıdırlar". 

Valyuta.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov açıqlayıb.

Onun sözlərinə görə, sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsullarının ölkə ərazisinə idxalı zamanı Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırma həyata keçirilir:"Gigiyenik sertifikat - məhsulun, maddənin, avadanlığın və ya vasitənin qüvvədə olan sanitariya qaydalarına, gigyena normativlərinə uyğun olduğunu və insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi sənəddir. Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının alınmasıdır. Bununla yanaşı, istehlakçılar, xüsusilə onlayn alış-veriş zamanı məhsulun mənşəyinə, satıcının etibarlılığına və məhsul haqqında məlumatlara xüsusi diqqət yetirməlidirlər. Bu baxımdan istehlakçılara kosmetik məhsulları yalnız istehsalçının rəsmi internet səhifələrindən, rəsmi distribütorlardan və etibarlı satış platformalarından əldə etmələri, məhsul qəbul edilərkən isə qablaşdırmanın bütövlüyünü, seriya (Batch Code) nömrəsini və son istifadə tarixini diqqətlə yoxlamaları tövsiyə olunur. Bununla yanaşı, onlayn satış zamanı bir sıra təhlükəsizlik riskləri də nəzərə alınmalıdır. Rəsmi və etibarlı mağazalardan alış-veriş etdikdə risk çox aşağıdır. Lakin şübhəli saytlardan alınan məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilər".

O.İmayılov bildirib ki, saxta məhsullarda civə, qurğuşun və ya arsen kimi ağır metalların normadan artıq miqdarda olması istisna edilmir ki, bu da insan sağlamlığı üçün risk yarada bilər: "Eyni zamanda, məhsulların anbarlarda və ya daşınma zamanı istehsalçı tərəfindən müəyyən edilmiş saxlanma şəraitinə əməl olunmadan əlverişsiz şəraitdə saxlanıldıqa (yüksək temperatur və ya rütubətin təsirinə məruz qalması) onların tərkibinin dəyişməsinə və bakteriyaların çoxalmasına səbəb ola bilər".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

18.07.2026

Lüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi

17.07.2026

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?

17.07.2026

Məzənnə

Yüklənir...