"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

Redaktor

18.07.2026 11:50
94

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

"Meta Platforms" ("META") iki il müddətində dəyəri 10 milyard ABŞ dollarına çata biləcək potensial razılaşma çərçivəsində hesablama gücünü "Anthropic" şirkətinə icarəyə vermək barədə danışıqlar aparır.

Valyuta.az xəbər verir ki, razılaşma baş tutacağı təqdirdə "Meta" reklam biznesindən kənarda yeni gəlir mənbəyi əldə edəcək, eyni zamanda istifadə olunmayan infrastrukturundan gəlir qazanaraq "CoreWeave" və "Nebius" kimi bulud xidmətləri göstərən şirkətlərlə rəqabət imkanlarını gücləndirəcək.

Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda hesablama gücünə tələbatın artması bu istiqamətdə marağı daha da yüksəldib.

Məlumata görə,"Claude Code" platformasının yaradıcısı olan "Anthropic" iki il ərzində "Meta"ya aylıq ödənişlər etməyi nəzərdə tutur. IPO-ya hazırlaşan "Anthropic" bu təklifi iyun ayında irəli sürüb.

Lakin "Meta"nın hazırda hesablama gücünün satışı ilə bağlı formalaşmış biznes modelinin olmaması danışıqları mürəkkəbləşdirən əsas amillərdən biri hesab olunur. Danışıqlar hələ ilkin mərhələdədir və tərəflərin yekun razılığa gələcəyinə zəmanət yoxdur.

Qeyd edək ki, "Meta"nın baş icraçı direktoru Mark Zukerberq may ayında keçirilən səhmdarların illik toplantısında bulud hesablama biznesinə daxil olmağın "tamamilə mümkün variant" olduğunu bildirmişdi.

Onun sözlərinə görə, müxtəlif şirkətlər mütəmadi olaraq "Meta"nın süni intellekt modellərinə və istifadə olunmayan hesablama resurslarına çıxış əldə etmək üçün müraciət edirlər.

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

18.07.2026

Lüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi

17.07.2026

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?

17.07.2026

Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

17.07.2026

"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi

17.07.2026

Məzənnə

Yüklənir...