Redaktor
"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinin səhmləri birjada tarixi ilkin kütləvi təklifdən (IPO) sonra ilk dəfə yerləşdirmə qiymətindən aşağı enib.
Valyuta.az xəbər verir ki, şirkətin səhmləri cümə axşamı ticarət sessiyasını 131,11 ABŞ dolları səviyyəsində başa vurub. Bu, IPO zamanı müəyyən edilmiş 135 dollarlıq qiymətdən aşağı ilk bağlanış olub.
Şirkətin səhmləri iyunun 16-da qeydə alınan zirvə səviyyəsindən bəri təxminən 1 trilyon ABŞ dolları bazar dəyəri itirib. IPO günü ilə müqayisədə isə bazar kapitalizasiyasında azalma təxminən 320 milyard dollar təşkil edir.
Səhmlərin ucuzlaşmasına səbəblərdən biri "SpaceX"in bu həftə həyata keçirməyi planlaşdırdığı ilk "Starship" buraxılışını təxirə salması olub. Şirkətin Cənubi Texasdakı "Starbase" kosmodromundan baş tutmalı olan buraxılış mühərriklərdən bir neçəsinin işə düşməməsi səbəbindən avtomatik olaraq dayandırılıb.
Şirkətin baş icraçı direktoru İlon Mask "X" sosial şəbəkəsində bildirib ki, növbəti buraxılışın gələn həftənin əvvəlində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "SpaceX" iyunun 12-də keçirilən IPO zamanı 85 milyard dollardan çox vəsait cəlb edib. Bu, tarixdə ən böyük ilkin kütləvi təkliflərdən biri hesab olunur.
Analitiklərin fikrincə, səhmlərə təzyiq göstərən digər amil isə yaxın aylarda qüvvəyə minəcək satış məhdudiyyətlərinin aradan qaldırılmasıdır. Belə ki, şirkətin ilk rüblük maliyyə hesabatından sonra, avqust ayında əməkdaşlar və erkən investorlar ümumilikdə 911,5 milyon səhmi satışa çıxara biləcəklər. Bu da bazarda əlavə satış təzyiqi yarada bilər.
"Starship" raketi "SpaceX"in gələcək strategiyasında mühüm yer tutur. Tam təkrar istifadə oluna bilən raketin yeni nəsil "Starlink" peyklərini orbitə çıxarması, həmçinin "NASA"nın "Artemis" proqramı çərçivəsində astronavtların Ay səthinə endirilməsi üçün modifikasiya edilmiş versiyasının istifadə olunması nəzərdə tutulur.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib
17.07.2026Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?
17.07.2026Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026