Redaktor
"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
ABŞ-ın içki istehsalçısı "Coca-Cola" şirkətinin süd məhsulları istehsal edən törəmə müəssisəsi "Fairlife" kiber hücumuna məruz qalıb.
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi açıqlamada məlumat verib.
Bildirilib ki, kiberhücum nəticəsində "Fairlife"ın ABŞ-dəki istehsal sistemləri zərər görüb və istehsal fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Şirkət sistemlərin nə vaxt tam bərpa ediləcəyi ilə bağlı hələlik tarix açıqlamayıb.
Qeyd edək ki, Kanadadakı "Fairlife" müəssisələrinin fəaliyyəti hücumdan təsirlənməyib və normal qaydada davam edir.
"Coca-Cola" dünyanın ən iri içki istehsalçılarından biri hesab olunur. Şirkətin su, qazlı içkilər və süd məhsulları daxil olmaqla geniş məhsul portfeli var. Onun əsas brendlərindən biri olan "Fairlife"ın 2024-cü ildə satışlarının təxminən 4 milyard dollara çatdığı bildirilir.
Mütəxəssislərin sözlərinə görə, qida və içki sənayesinə qarşı həyata keçirilən kiber hücumları uzunmüddətli istehsal problemlərinə səbəb ola bilir. Daha əvvəl "Arizona Beverages" və qida distribütoru UNFI də oxşar hücumlarla üzləşmiş, nəticədə istehsal həftələrlə dayanmış və bəzi mağazalarda məhsul qıtlığı yaranıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSi Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026