Redaktor
Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
Bu gün dünyanın ən məşhur dil öyrənmə platformalarından biri olan "Duolingo"nun arxasında təsadüfi uğur deyil, illərlə formalaşan maraqlı həyat hekayəsi dayanır. Platformanın yaradıcısı Luis fon An (Luis von Ahn) kasıb ailədə böyüsə də, anasının verdiyi bir qərar onun taleyini dəyişdi. Sonradan isə iki dəfə şirkətini "Google"a satan alim milyonlarla insanın pulsuz dil öyrənməsinə imkan yaradan "Duolingo"nu yaratdı.
Valyuta.az xəbər verir ki, "Duolingo"nun yaradıcısı Luis fon An 1978-ci ildə Qvatemala şəhərində anadan olub. O, ölkədə vətəndaş müharibəsinin davam etdiyi, iqtisadi çətinliklərin hökm sürdüyü bir dövrdə böyüyüb. Ailəsinin maddi imkanları məhdud olsa da, anası oğlunun təhsilinə xüsusi önəm verib və qazandığı gəlirin böyük hissəsini onun təhsilinə sərf edib.
Luis fon An sonralar verdiyi müsahibələrdən birində bildirib ki, anası varlı olmasa da, ona "varlı uşaqların aldığı təhsili" verməyə çalışıb. Məhz bu yanaşma onun gələcək uğurlarının əsasını qoyub.
Bir kompüter bütün həyatını dəyişdi
Uşaqlığında Luis videooyun konsolu olan "Nintendo" istəyib. Lakin anası ona bunun əvəzinə "Commodore 64" kompüteri alıb.
Əvvəlcə bu qərardan narazı qalan Luis qısa müddət sonra proqramlaşdırmaya maraq göstərməyə başladı. Saatlarla kompüter qarşısında vaxt keçirən gələcək sahibkar kod yazmağı öyrəndi və sonralar həmin hədiyyəni həyatının dönüş nöqtəsi adlandırdı.
Onun sözlərinə görə, əgər həmin gün anası başqa seçim etsəydi, bəlkə də bugünkü "Duolingo" heç yaranmayacaqdı.
İki dəfə "Google"a şirkət satdı
Məktəbi bitirdikdən sonra Luis ABŞ-də Duke Universitetinə qəbul olundu və daha sonra Carnegie Mellon Universitetində kompüter elmləri üzrə doktorantura təhsili aldı.
Doktorantura illərində hazırladığı şəkillərin təsvirini müəyyən edən layihə 2006-cı ildə təxminən 2 milyon dollara "Google" tərəfindən satın alındı.
Bundan sonra o, internet istifadəçilərinin insan olduğunu təsdiqləmək üçün istifadə edilən "CAPTCHA" sisteminin inkişafında iştirak etdi. Daha sonra isə bu texnologiyanı təkmilləşdirərək "reCAPTCHA" layihəsini yaratdı. Bu sistem sayəsində insanlar təhlükəsizlik yoxlamasından keçərkən eyni zamanda köhnə kitabların rəqəmsallaşdırılmasına da kömək edirdilər.
2009-cu ildə "Google" bu layihəni də satın aldı
Beləliklə, Luis fon An 30 yaşına çatmamış iki uğurlu texnologiya şirkətini "Google"a satmağa nail oldu.
"Duolingo" ideyası necə yarandı?
İki uğurlu satışdan sonra böyük texnologiya şirkətlərindən çoxsaylı iş təklifləri alsa da, Luis fon An universitetdə professor kimi fəaliyyətini davam etdirdi.
Lakin o, bir müddət sonra daha böyük təsir yarada biləcək layihə üzərində düşünməyə başladı.
Əvvəlcə proqramlaşdırma və riyaziyyat platforması yaratmaq ideyası olsa da, sonradan diqqətini dillərə yönəltdi. Öz həyat təcrübəsindən bilirdi ki, ingilis dilini öyrənmək ona ABŞ-də təhsil almaq və beynəlxalq imkanlar qazanmaq şansı verib.
Bu səbəbdən o, dünyanın istənilən yerində yaşayan insanların ödəniş etmədən xarici dil öyrənə bilməsini hədəflədi.

Tələbəsi ilə birlikdə şirkət qurdu
Luis fon An bu ideyanı həyata keçirmək üçün universitetdə dərs dediyi tələbələrdən biri – isveçrəli doktorant Severin Haker (Severin Hacker) ilə birlikdə çalışmağa başladı.
2011-ci ildə onlar rəsmi olaraq "Duolingo"nu təsis etdilər.
İlk maliyyə vəsaiti müxtəlif qrantlar hesabına əldə edildi. Daha sonra layihə investorların da diqqətini çəkdi və şirkət ilk investisiyasını aldı.
Dünyada dil öyrənmə vərdişini dəyişdilər
2012-ci ildə istifadəyə verilən "Duolingo" klassik dərslik modelindən fərqli yanaşma seçdi.
Platformada dərslər qısa tapşırıqlar, xal sistemi, səviyyələr və oyun elementləri üzərində quruldu. İstifadəçilər hər gün məşq etdikcə ardıcıl gün sayını göstərən məşhur "streak" sistemi də məhz bu platformada geniş populyarlıq qazandı.
Şirkət uzun illər əsas məqsəd kimi gəlir əldə etməyi deyil, istifadəçilərin platformada qalmasını və öyrənmə keyfiyyətini artırmağı seçdi.
Luis fon An sonradan etiraf edib ki, əgər ilk illərdə platformanı pullu etsəydilər, bugünkü uğuru qazanmaq mümkün olmayacaqdı.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSi Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026