Redaktor
İki tələbənin sadə ideyası bu gün 1 milyondan çox istifadəçisi olan platformaya çevrildi
ABŞ-da dörd universitet tələbəsinin sadə bir gündəlik problemi həll etmək istəyi qısa müddətdə geniş auditoriyaya çatan startapın yaranmasına səbəb olub.
Valyuta.az xəbər verir ki, Miçiqan Universitetinin tələbələri tərəfindən yaradılan "MeetYourClass" platforması universitetə yeni qəbul olunan gənclərə kampusa gəlməzdən əvvəl gələcək qrup və otaq yoldaşları ilə tanış olmağa imkan yaradır.
Layihənin əsası 2022-ci ildə Miçiqan Universitetinə qəbul olunan Bleyk Mişli (Blake Mischley) və Cona Liss (Jonah Liss) tərəfindən qoyulub. Onlar müşahidə ediblər ki, yeni tələbələr universitetə başlamazdan əvvəl bir-birlərini tapmaq üçün əsasən Instagram səhifələri və qeyri-rəsmi sosial media qruplarından istifadə edirlər. Bu proses isə həm vaxt aparır, həm də etibarlı olmur.
Bu problemin həlli üçün onlar tələbələri eyni platformada birləşdirən "MeetYourClass" tətbiqini hazırlayıblar. Daha sonra komandaya Kaleb Şmottlax (Kaleb Schmottlach) və Con Millar (Jon Millar) qoşulub və layihə dörd həmtəsisçi tərəfindən inkişaf etdirilərək tam funksional startapa çevrilib.
Platforma istifadəçilərə qəbul olunduqları universitet üzrə digər tələbələrlə tanış olmağa, ortaq maraqları olan insanları tapmağa, potensial otaq yoldaşı seçməyə və universitet icmasına qoşulmağa imkan verir. Məqsəd tələbələrin yeni mühitə uyğunlaşmasını asanlaşdırmaq və onların ilk gündən sosial çevrə formalaşdırmasına kömək etməkdir.
Startap qısa müddətdə böyük auditoriya toplayıb. "MeetYourClass"ın rəsmi məlumatına görə, hazırda platformadan 1 009 783-dən çox istifadəçi yararlanır. Xidmət ABŞ üzrə 1 100-dən çox universiteti əhatə edir.
Şirkətin paylaşdığı statistikaya əsasən, platformada tam profil yaradan hər bir tələbə orta hesabla 51 yeni tələbə ilə əlaqə qurur. Bundan əlavə, "MeetYourClass"ın idarə etdiyi universitet icmaları qəbul mövsümündə sosial şəbəkələr vasitəsilə 59 milyon nəfərdən çox auditoriyaya çatıb.
"Forbes" nəşrinin məlumatına görə, platforma qısa müddətdə ABŞ universitetləri arasında geniş yayılaraq tələbələrin universitet həyatına uyğunlaşmasını asanlaşdıran rəqəmsal həllərdən birinə çevrilib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
11 yaşlı uşağın təsadüfi səhvi “Popsicle” brendinin yaranmasına necə səbəb oldu?
Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi
8 dostun hazırladığı kart oyunu necə milyonlarla dollarlıq biznes oldu?
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSi Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026