Redaktor
“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
“Paşa Bank” 2026-cı ilin ikinci rübünü 67 milyon 747 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 26,02% və ya 23 milyon 838 min manat azalaraq 67 milyon 747 min manat təşkil edib. 2025-ci ilin ikinci rübündə bu göstərici 91 milyon 585 min manat olub.
Bankın faiz gəlirləri illik müqayisədə artıb. Maliyyə hesabatına əsasən, faiz gəlirləri 257 milyon 589 min manatdan 287 milyon 681 min manata yüksələrək 11,68% və ya 30 milyon 92 min manat artıb. Bu gəlirlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə əldə olunan 160 milyon 834 min manat təşkil edib.
Eyni zamanda, faiz xərcləri də artaraq 86 milyon 747 min manatdan 110 milyon 24 min manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,83% və ya 23 milyon 277 min manat çoxdur.
Qeyri-faiz gəlirlərində isə azalma qeydə alınıb. Göstərici 146 milyon 226 min manatdan 114 milyon 140 min manata enərək 21,94% və ya 32 milyon 86 min manat azalıb.
Bununla yanaşı, bank qeyri-faiz xərclərini azaltmağa nail olub. Hesabat dövründə bu göstərici 189 milyon 510 min manatdan 166 milyon 545 min manata enib.
2026-cı ilin ikinci rübünün sonuna bankın aktivləri 9 milyard 522 milyon 354 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,18% və ya 555 milyon 54 min manat çoxdur. Həmin dövrdə aktivlərin həcmi 8 milyard 967 milyon 300 min manat olub.
Hesabat dövrünün sonunda bankın öhdəlikləri də artaraq 8 milyard 600 milyon 708 min manata çatıb. Bu göstərici ötən ilin ikinci rübündə qeydə alınmış 8 milyard 13 milyon 211 min manatla müqayisədə 7,33% və ya 587 milyon 497 min manat çoxdur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSi Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026