Redaktor
Şəfəq Mehrəliyeva: "Süni intellekt yeni mənəvi çağırışlar yaradır"
Süni intellekt dövründə dini diskursun necə formalaşdırılacağı ilə bağlı müzakirələrə indidən başlanılmalıdır.
Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.
O bildirib ki, son illərdə Azərbaycanda Milli Mətbuat Günü münasibətilə keçirilən Şuşa Qlobal Media Forumu media sahəsində əsas çağırışların müəyyənləşdirildiyi mühüm platformaya çevrilib və sonrakı tədbirlərdə həmin istiqamətlər üzrə müzakirələr davam etdirilir.
Şəfəq Mehrəliyeva qeyd edib ki, ötən il forumda səsləndirilən əsas fikirlərdən biri sosial media dövründə buraxılan səhvlərin süni intellekt mərhələsində təkrarlanmamasının vacibliyi idi.
Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı dini diskursun xarakterini də dəyişir və bu reallıq artıq bütün dünyada qəbul edilir.
“Bu gün “rəqəmsal din” (digital religion) artıq akademik termin kimi formalaşıb və bu istiqamətdə geniş elmi araşdırmalar aparılır. Sosial medianı və rəqəmsal dünyanı bəyənsək də, bəyənməsək də, bu, həyatımızın ayrılmaz reallığıdır. Ona görə də tənzimləyici və icraedici qurumlar problemlərin həllini məhz bu reallıqları nəzərə alaraq qurmalıdırlar”, – deyə o bildirib.
Şəfəq Mehrəliyeva vurğulayıb ki, bu gün süni intellekt əsasən iqtisadi aspektdən qiymətləndirilsə də, yaxın gələcəkdə onun təsirləri daha çox sosial və mənəvi müstəvidə hiss olunacaq.
“Süni intellekt inkişaf etdikcə insanlar yalnız iş yerlərini itirmək barədə düşünməyəcəklər. İş insan üçün təkcə gəlir mənbəyi deyil, həm də xidmət missiyası, sosial münasibətlər və həyatın mənasıdır. Əgər bunlar insanın əlindən alınarsa, yaranacaq mənəvi boşluğun necə doldurulacağı əsas suallardan biri olacaq”, – deyə o qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSi Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
17.07.2026Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR
17.07.2026Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17.07.2026"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL
17.07.2026