Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

Redaktor

17.07.2026 14:00
51

Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

Yay mövsümünün başlaması ilə səyahət və istirahət planları sürətlənsə də, bu dövr kiberdələduzların da fəallaşdığı vaxt hesab olunur. 

Valyuta.az xəbər verir ki, saxta elanlar, saxta rezervasiyalar və tanınmış platformaları təqlid edən internet saytları vasitəsilə istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirmək cəhdləri artır.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən ESET şirkəti səyahət planlaşdıran şəxsləri gözləyən əsas rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə xəbərdarlıq edib.

Səyahət planlarında ən çox rast gəlinən dələduzluq üsulları

Mütəxəssislərin sözlərinə görə, kiberdələduzların ən çox istifadə etdiyi üsullardan biri bazar qiymətindən xeyli ucuz təklif olunan aviabiletlər və istirahət paketləridir. Bəzi hallarda bilet həqiqi olsa da, onun alınması üçün oğurlanmış bank kartlarından və ya ələ keçirilmiş istifadəçi hesablarından istifadə olunur. Nəticədə alıcı sonradan ciddi problemlərlə üzləşə bilər.

İnternet üzərindən kirayəyə verilən yay evləri də risk daşıyır. Dələduzlar saxta hesablarla elan platformalarında mövcud olmayan və ya kirayəyə verilməyən evləri paylaşaraq əvvəlcədən beh alır, eyni evi bir neçə nəfərə "kirayəyə verərək" daha sonra əlaqəni kəsirlər.

Digər geniş yayılmış üsullardan biri isə klon internet saytlarıdır. Kibercinayətkarlar aviaşirkətlərin, turizm agentliklərinin və qiymət müqayisə platformalarının oxşar versiyalarını hazırlayır, istifadəçilərə saxta təsdiq məktubları göndərirlər. Bir çox insan aldadıldığını yalnız hava limanında qeydiyyat zamanı anlayır.

Bundan başqa, heç vaxt iştirak edilməyən lotereyalarda "pulsuz istirahət qazandığınız" barədə göndərilən mesajlarla istifadəçilərdən guya vergi və ya sənədlərin rəsmiləşdirilməsi adı altında ödəniş tələb olunur.

Viza, pasport və beynəlxalq sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi üçün vasitəçilik etdiyini iddia edən bəzi saytlar da əslində pulsuz və ya çox aşağı ödənişlə əldə edilə bilən xidmətlərə görə yüksək məbləğ tələb edir, hətta saxta sənədlər hazırlayırlar.

Çarter reysləri adı altında təqdim edilən cəlbedici səyahət paketləri də geniş yayılmış dələduzluq üsullarındandır. Bu hallarda ödəniş alındıqdan sonra təşkilatçılar istifadəçilərlə əlaqəni tamamilə kəsirlər.

İctimai Wi-Fi şəbəkələri də risk yaradır

Kibertəhlükələr yalnız səyahətdən əvvəl deyil, istirahət zamanı da davam edir. Hava limanlarında, otellərdə və kafelərdə təqdim olunan pulsuz ictimai Wi-Fi şəbəkələri məlumat oğurluğu üçün əlverişli mühit yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, kibercinayətkarların yaratdığı saxta giriş nöqtələrinə qoşulmaq parolların və bank məlumatlarının oğurlanmasına səbəb ola bilər. Hətta şəbəkə təhlükəsiz olsa belə, eyni şəbəkəyə qoşulmuş bədniyyətli şəxslər istifadəçilərin onlayn fəaliyyətini izləyə bilərlər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

17.07.2026

"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi

17.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb

17.07.2026

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

17.07.2026
Müştərilərə ən çox kredit verən banklar

Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ

17.07.2026

"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

17.07.2026

Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?

17.07.2026

Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı

17.07.2026

Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

17.07.2026

“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb

17.07.2026

Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10

17.07.2026

"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı

17.07.2026

Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®

17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır?

Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ

17.07.2026

Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR

17.07.2026

Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz

17.07.2026

"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL

17.07.2026
"Rabitəbank"ın ən çox kredit verdiyi 10 region

"Rabitəbank"ın ən çox kredit verdiyi 10 region - SİYAHI

17.07.2026

"Unicapital"ın dövriyyəsi yüksəldi, əməliyyat aktivliyi zəiflədi

17.07.2026

Şəfəq Mehrəliyeva: "Süni intellekt yeni mənəvi çağırışlar yaradır"

17.07.2026

Məzənnə

Yüklənir...