11 yaşlı uşağın təsadüfi səhvi “Popsicle” brendinin yaranmasına necə səbəb oldu?

Redaktor

15.07.2026 08:30
179

11 yaşlı uşağın təsadüfi səhvi “Popsicle” brendinin yaranmasına necə səbəb oldu?

Bu gün dünyanın ən tanınmış buzlu desert brendlərindən biri olan “Popsicle”ın yaranma hekayəsi planlaşdırılmış ixtiradan deyil, 11 yaşlı bir uşağın təsadüfi səhvindən başlayıb.

Valyuta.az xəbər verir ki, 1905-ci ildə ABŞ-ın Kaliforniya ştatında yaşayan Frenk Epperson (Frank Epperson) toz şəklində qazlı içki qarışığını su ilə stəkanda hazırlayırdı.

Qarışığı qarışdırmaq üçün istifadə etdiyi taxta çubuğu stəkanın içində saxlayan Epperson axşam saatlarında içkini eyvanda unudaraq evə daxil oldu.

Həmin gecə havanın temperaturu kəskin aşağı düşdü və stəkandakı içki tamamilə dondu. Səhər oyanan Frenk Epperson taxta çubuqdan tutaraq donmuş içkini stəkandan çıxardı və dadına baxdı. Beləliklə, çubuq üzərində təqdim olunan ilk buzlu desert təsadüf nəticəsində yarandı. Lakin bu təsadüfi kəşf dərhal biznesə çevrilmədi. Təxminən 18 il sonra, 1923-cü ildə Frenk Epperson məhsulu Kaliforniyadakı əyləncə parklarında satmağa başladı. O, 1924-cü ildə ixtirasına patent aldı.

İlk vaxtlar məhsul “Epsicle” adlanırdı. Bu ad Epperson soyadı ilə ingilis dilində "buz saçağı" mənasını verən icicle sözünün birləşməsindən yaranmışdı.

Sonradan Frenk Eppersonun uşaqları bu deserti "Pop's sicle" ("atamın buzluğu") adlandırmağa başladılar. Məhz bu ifadədən ilhamlanaraq məhsul “Popsicle” adı ilə bazara çıxarıldı.

Artan populyarlığa baxmayaraq, Frenk Epperson maliyyə çətinlikləri səbəbindən məhsulun hüquqlarını “Joe Lowe Company” şirkətinə satdı. Şirkət “Popsicle” brendini ABŞ bazarında geniş yayaraq onu ölkənin ən tanınmış buzlu desert markalarından birinə çevirdi. Hazırda “Popsicle” “Unilever” şirkətinin dondurma portfelinə daxildir və dünyanın müxtəlif ölkələrində satışdadır.

“Popsicle”ın yaranma hekayəsi göstərir ki, bəzən qlobal brendlərin əsası uzun illər planlaşdırılan layihələrdən deyil, gündəlik həyatda baş verən təsadüfi hadisələrdən qoyulur.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur?

Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®

15.07.2026

Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"

15.07.2026

"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib

15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

15.07.2026

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

15.07.2026

Məzənnə

Yüklənir...