Redaktor
Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
Fintex sözü hələ gündəlik həyatımıza daxil olmamışdan çox əvvəl, Lim Çunq Çun Sinqapurda pərakəndə investorları onlayn dünyaya daşıyırdı. Onun hekayəsi 1998-ci ildə, dotkom bumunun ən pik nöqtəsində başladı. O zaman "Aym-En-Ci Barinqs Sekyuritiz" şirkətindəki tədqiqat şöbəsinin rəhbəri vəzifəsindən ayrılan Lim, iki il sonra onlayn qarşılıqlı fondların alqı-satqısını asanlaşdıran “Fundsupermart.com” platformasını yaratdı. Digər fintex layihələrinin yalnız investisiya və ya yalnız bankçılığa yönəldiyi bir dövrdə Lim hər ikisini birləşdirmək qərarına gəldi və 2003-cü ildə ayFAST şirkətini qurdu.
Bu gün həmin ilk layihə artıq “Ef-Es-Em Qlobal” adı altında Cənub-Şərqi Asiyanın ən böyük sərvət idarəetmə saytlarından birinə çevrilib. Hazırda platformanın 1,2 milyon müştəri hesabı var və burada 29 minə yaxın fərqli investisiya məhsulu təqdim olunur. Şirkət öz fəaliyyətini yalnız qarşılıqlı fondlarla məhdudlaşdırmayıb; istiqrazlar, səhmlər və birja fondları vasitəsilə Malayziya, Honkonq, Çin, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bazarlarına qədər genişlənib. İdarəetmədə olan 33 milyard Sinqapur dolları həcmindəki aktivlərin böyük hissəsi məhz biznes tərəfdaşlarına göstərilən xidmətlərin payına düşür və bu sistem 14 700 sərvət məsləhətçisinə xidmət edir.
Əsas hədəf
İndi 58 yaşlı Lim Çunq Çunun əsas hədəfi Böyük Britaniyadakı rəqəmsal bankları olan ayFAST Qlobal Bankı, yəni qısaca “iGB” platformasını mövcud investisiya sisteminə inteqrasiya etməkdir. Limin əsas hədəf kütləsi var-dövləti bir milyon dollara qədər olan kütləvi varlı təbəqədir. O qeyd edir ki, böyük özəl banklar əsasən ultra-zəngin şəxslərə xidmət göstərdiyi halda, bu orta zəngin təbəqə böyük bir boşluq və fürsət yaradır. Şirkətin məqsədi 2030-cu ilə qədər idarə olunan aktivlərin həcmini 100 milyard Sinqapur dollarına çatdırmaqdır.
Bu hədəfə çatmaq üçün şirkət sərhədlərarası pul köçürmələrini asanlaşdırmağa çalışır. Artıq Malayziyada ödəniş lisenziyası üçün ilkin razılıq alınıb. Həmçinin “iGB” Çinin texnologiya nəhəngi Ant Qrupun beynəlxalq qolu olan Alipey sistemi ilə tərəfdaşlıq qurub. Bu əməkdaşlıq sayəsində müştərilər dünya üzrə 100-dən çox bazarda fəaliyyət göstərən 150 milyondan çox ticarət nöqtəsində birbaşa bank tətbiqi vasitəsilə ödəniş edə biləcəklər.
Bəs Lim Çunq Çun kimdir?
Lim Çunq Çun əslində Malayziyanın kiçik bir qəsəbəsində, foto-studiya işlədən bir ailədə böyüyüb. Valideynləri onun həkim olmasını istəsələr də, tale onu Sinqapur Milli Universitetinin elektrik mühəndisliyi ixtisasına və daha sonra maliyyə analitiki sahəsinə yönəldib. 1998-ci ildə işindən ayrılan Lim, dostu Moh Hon Menq ilə birlikdə onlayn investisiya dünyasının gələcəyinə inanaraq ailə və dostlarından topladıqları 500 min Sinqapur dolları ilə ilk addımlarını atıblar.
ayFAST-ın uğurunun əsas sirlərindən biri hələ başlanğıcda qəbul edilmiş strateji qərardır. Lim, proqram təminatını kənar şirkətlərdən almaq əvəzinə, öz daxili İT komandasını qurmağa üstünlük verdi. O, xarici texnologiyalardan asılılığın inkişafı məhdudlaşdıracağını yaxşı anlayırdı.
Digər rəqiblər yalnız kiçik və spesifik xidmətlər təklif etdiyi halda, ayFAST müştərilərinə eyni platformada həm nağd pul saxlamaq, həm sərhədlərarası köçürmə etmək, həm də qlobal bazarlara investisiya yatırmaq imkanı verən universal bir sistem təqdim edir.
Qlobal lisenziya maneələrini aşmaq üçün isə şirkət fərqli bir yol seçdi. Sinqapur və Honkonqda rəqəmsal bank lisenziyası ala bilməyən Lim, yönünü Böyük Britaniyaya çevirdi. 2022-ci ildə Londonda yerləşən Bi-Ef-Si Bankı satın alaraq adını ayFAST Qlobal Bank etdi və rəqəmsal sistemini öz texnologiyası ilə yenidən qurdu. Şirkətin maliyyə göstəriciləri də olduqca təsiredicidir. 2024-cü ildə xalis mənfəət iki dəfədən çox artaraq 67 milyon Sinqapur dollarına çatıb və bu uğur şirkətə Forbs siyahısında yer qazandırıb. 2025-ci ildə isə mənfəət 100 milyon Sinqapur dollarını ötüb. Lim, ayFAST-ın təxminən 20 faizlik payına sahib olan ən böyük fərdi səhmdarıdır və bu payın dəyəri 540 milyon Sinqapur dollarıdır.
Şəbnəm İbrahimxəlilova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026