"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır"

Redaktor

15.07.2026 14:30
274

"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir

Xəbər verdiyimiz kimi, rəqəmsal ödəniş platforması "m10" istifadə qaydalarında dəyişiklik edib. Dəyişikliyə əsasən "m10"da qeyri-aktiv hesablar üzrə aylıq 5 manat xidmət haqqı tutulacaq. 
 
Banklarda müştəri pulunu hesabda saxladıqda bəzi hallarda bunun müqabilində faiz gəliri əldə edir. Amma "m10" 12 ay istifadə olunmayan, lakin balansında vəsait olan hesablardan aylıq 5 manat xidmət haqqı tutacağını açıqlayıb.

Qeyri-aktiv hesablardan aylıq 5 manat xidmət haqqının tutulması "m10"a nə qazandırır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, banklarla rəqəmsal ödəniş platformaları arasında ciddi fərq var:

"Banklar müştərilərin hesablarda saxladıqları vəsaitdən maliyyə resursu kimi istifadə edir, həmin vəsait hesabına kreditlər verir. Bundan əlavə, Mərkəzi Bankın banklar üçün kapital, aktivlər və digər prudensial göstəricilərlə bağlı çoxsaylı tələbləri mövcuddur. Hesablardakı vəsait bankların fəaliyyətində mühüm rol oynayır və bəzi hallarda həmin vəsait üzrə gəlir də əldə edilir.

Rəqəmsal ödəniş platformalarının fəaliyyət modeli isə fərqlidir. Onların əsas gəliri kreditləşmədən formalaşmır. Hesabda qalan vəsaitdən kredit vermək üçün istifadə edə bilmədiklərinə görə, həmin vəsait platformaya birbaşa gəlir qazandırmır. Əksinə, bu vəsaitin uçotu, saxlanılması və idarə olunması müəyyən inzibati və əməliyyat xərcləri yaradır. Aylıq 5 manat xidmət haqqının çox və ya az olması barədə konkret qiymət vermək çətindir. Burada əsas məsələ məbləğdən çox prinsipdir. Qeyri-aktiv hesabın saxlanılması platforma üçün müəyyən yük yaradır və bu vəsait platformaya əlavə gəlir gətirmir. Əgər bu şərt istifadəçi ilə bağlanmış müqavilədə əvvəlcədən nəzərdə tutulubsa, platforma həmin xidmət haqqını tuta bilər. İstifadəçi bu şərtlərlə razı deyilsə, hesabındakı vəsaiti çıxarmaq hüququna malikdir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026
"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır"

"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®

15.07.2026

Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"

15.07.2026

"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib

15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

15.07.2026

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

15.07.2026

Məzənnə

Yüklənir...