"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

Redaktor

14.07.2026 14:37
260

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

Rəqəmsal ödəniş platforması "m10" istifadə qaydalarında dəyişiklik edib.

Valyuta.az xəbər verir ki, yeniliklər İstifadə Qaydalarının "11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi" bölməsində öz əksini tapıb.

Qeyd edək ki, "m10" istifadəçilərə müxtəlif maliyyə əməliyyatlarını mobil tətbiq vasitəsilə həyata keçirməyə imkan verir. Platforma üzərindən gündəlik ödənişləri həyata keçirmək, bank kartlarını idarə etmək, pul köçürmək, kommunal və digər xidmətlərin ödənişini etmək mümkündür.

"m10"da qeyri-aktiv hesablar üzrə aylıq 5 manat xidmət haqqı tutulacaq

Yenilənmiş qaydalara əsasən, sənədin 11.4-cü bəndində aşağıdakılar qeyd olunub:

"Ödəniş hesabında hər hansı məbləğdə vəsait olan İstifadəçinin m10 Platformasında açılmış ödəniş hesabı üzrə son ödəniş əməliyyatı tarixindən etibarən ardıcıl 12 (on iki) ay müddətində heç bir ödəniş əməliyyatı həyata keçirilmədiyi təqdirdə, "PashaPay" həmin hesabı qeyri-aktiv hesab kimi təsnif edir və İstifadəçiyə bu barədə "m10" Platforması və ya digər əlaqə vasitəsilə bildiriş göndərir. Qeyri-aktiv hesabın əməliyyat sistemində saxlanılması və xidmət göstərilməsi ilə əlaqədar "PashaPay" tərəfindən aylıq 5 (beş) manat məbləğində xidmət haqqı tətbiq edilir. Xidmət haqqı İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tutulur. Balansda mövcud vəsaitin xidmət haqqı məbləğindən az olduğu təqdirdə, xidmət haqqı hesabda olan faktiki vəsait məbləği həddində tutulur. Hesabda vəsait olmadığı təqdirdə xidmət haqqı tətbiq edilmir".

Bundan əlavə, istifadə qaydalarının 11.5-ci bəndində qeyd olunur ki, istifadəçi anlayır və qəbul edir ki, "m10" Platforması üzərindən xidmətlərin göstərilməsi ilə əlaqədar "PashaPay"in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. "PashaPay" bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır

14.07.2026

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Məzənnə

Yüklənir...