Redaktor
"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
"Unibank" 2026-cı ilin ikinci rübünü 17,2 milyon manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründə 6,9 milyon manat xalis mənfəət əldə etmişdi.
Valyuta.az xəbər verir ki, xalis mənfəət illik müqayisədə 10,3 milyon manat artıb.
Hesabat dövründə bankın faiz gəlirləri ötən ilin ikinci rübündəki 119,3 milyon manatdan 143,3 milyon manata yüksələrək 23,9 milyon manat və ya 20,1% artıb.
Eyni zamanda, faiz xərcləri 47,1 milyon manatdan 61,1 milyon manata çatıb. Beləliklə, faiz xərcləri illik müqayisədə 14 milyon manat və ya 29,8% artıb.
Faiz xərclərinin artımı əsasən depozitlər üzrə ödənilən faizlərin 35,9 milyon manatdan 43,2 milyon manata, cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 8,7 milyon manatdan 13,3 milyon manata çatması ilə əlaqədar olub.
Bankın qeyri-faiz gəlirləri 2,9 milyon manat və ya 22% artıb. Beləliklə, ötən ilin ikinci rübündəki 58,5 milyon manatdan 71,3 milyon manata yüksəlib.
Qeyri-faiz xərcləri isə 102,6 milyon manatdan 121,1 milyon manata yüksəlib.
2026-cı ilin ikinci rübünün sonuna "Unibank"ın aktivləri 2 milyard 311,4 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 812,3 milyon manat olub. Beləliklə, bankın aktivləri 499,1 milyon manat və ya 27,5% artıb.
Bankın öhdəlikləri isə ötən ilin ikinci rübündəki 1 milyard 638,6 milyon manatdan 2 milyard 97 milyon manata yüksəlib. Nəticədə öhdəliklər illik müqayisədə 458,4 milyon manat və ya 28% artıb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026