Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

Redaktor

14.07.2026 15:07
83

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

Kosmos sənayesi son illərdə dövlət qurumlarının üstünlük təşkil etdiyi bir sahədən sürətlə inkişaf edən kommersiya ekosisteminə çevrilib. "NewSpace" adlandırılan bu yeni dövr raket buraxılışlarının ucuzlaşması, peyk texnologiyalarının inkişafı və özəl investisiyaların artması ilə yeni nəsil startapların yaranmasına təkan verib.

Valyuta.az xəbər verir ki, bu şirkətlər təkcə peyk və raket istehsalı ilə kifayətlənmir, həm də asteroidlərin mədən ehtiyatlarının çıxarılması, Ay səthində logistika sistemlərinin qurulması və kosmosdan enerji ötürülməsi kimi innovativ layihələr üzərində çalışırlar.

Rocket Lab

2006-cı ildə yaradılan "Rocket Lab kiçik və orta yükdaşıma seqmentində SpaceX-in əsas rəqiblərindən biri hesab olunur. Şirkət "Electron" raketi ilə çoxsaylı uğurlu buraxılışlar həyata keçirib və hazırda yenidən istifadə oluna bilən "Neutron" raketi üzərində işləyir. "Rocket Lab" 2021-ci ildən NASDAQ birjasında ticarət olunur və milyardlarla dollarlıq bazar dəyərinə malikdir.

Astranis

2015-ci ildə təsis edilən "Astranis" iri geostasionar peyklərə alternativ olaraq daha kiçik və sərfəli "MicroGEO" peyklərini hazırlayır. Şirkət NASA və ABŞ Kosmik Qüvvələri ilə əməkdaşlıq edir və internet xidmətlərinin əlçatanlığını artırmağı hədəfləyir. "Astranis" 2026-cı ildə başa çatdırdığı son maliyyələşmə raundunda 302 milyon dollar investisiya cəlb edib. Bununla şirkətin bazar qiymətləndirməsi 2,8 milyard dollara yüksəlib. Şirkətin investorları arasında "Andreessen Horowitz", "BlackRock, Fidelity" və "Baillie Gifford" yer alır.

AstroForge

2022-ci ildə yaradılan "AstroForge" asteroidlərdən platin qrupu metalları çıxarmağı planlaşdırır. Şirkət qiymətli xammalın kosmosda emal edilərək Yerə gətirilməsi texnologiyası üzərində çalışır. Startap bu günədək müxtəlif investisiya raundlarında ümumilikdə 55 milyon dollardan çox maliyyə cəlb edib və asteroid mədənçiliyi sahəsində ən perspektivli şirkətlərdən biri hesab olunur.

Apex Space

Los-Ancelesdə fəaliyyət göstərən "Apex Space" peyklərin standart platformalarda kütləvi istehsalını təşkil edir. Bu yanaşma peyklərin hazırlanma müddətini illərdən aylara endirməyə imkan verir. Şirkət yaradıldığı vaxtdan etibarən 200 milyon dollardan çox investisiya cəlb edib. İnvestorlar arasında "Andreessen Horowitz" və "Point72 Ventures" də yer alır.

Muon Space

2021-ci ildə yaradılan "Muon Space" Yerin müşahidəsi üçün peyk bürcləri hazırlayır. Şirkətin texnologiyaları iqlim dəyişikliklərinin, atmosfer proseslərinin və dəniz fəaliyyətinin izlənməsində istifadə olunur. Şirkət bu günədək 150 milyon dollardan artıq investisiya cəlb edərək peyk müşahidə texnologiyalarını genişləndirir.

Astrolab

"Astrolab" Ay səthində yük və insanların daşınması üçün nəzərdə tutulan FLEX adlı çoxfunksiyalı rover hazırlayır. Layihənin gələcək Ay missiyalarında mühüm rol oynaması gözlənilir. Şirkət "Venrock", "AECOM" və digər investorların maliyyə dəstəyi ilə fəaliyyət göstərir və on milyonlarla dollar investisiya cəlb edib.

CesiumAstro

2017-ci ildə yaradılan "CesiumAstro" kosmik və hava platformaları üçün yüksək sürətli rabitə sistemləri istehsal edir. Şirkətin aktiv fazalı antenaları daha etibarlı və çevik məlumat ötürməsinə imkan yaradır. Şirkət 2026-cı ildə 300 milyon dollarlıq "Series D" investisiya raundunu uğurla tamamlayıb. Bununla CesiumAstro-nun bazar qiymətləndirməsi 3,2 milyard dollara yüksəlib.

Aetherflux

"Aetherflux" kosmosda yerləşdiriləcək günəş enerjisi stansiyaları vasitəsilə Yerə və orbitdəki obyektlərə enerji ötürməyi planlaşdırır. Layihə xüsusilə süni intellekt infrastrukturlarının enerji tələbatını qarşılamağı hədəfləyir. Şirkət yaradıldığı ilk mərhələdə 50 milyon dollar investisiya cəlb edib və bu vəsait texnologiyanın inkişafına yönəldilib.

Katalyst Space Technologies

Bu startap orbitdəki peyklərin modernləşdirilməsi və xidmət göstərilməsi üzrə texnologiyalar hazırlayır. Məqsəd peyklərin istismar müddətini uzatmaq və kosmik tullantıların artmasının qarşısını almaqdır. Şirkət erkən mərhələdə vençur fondlarının maliyyə dəstəyi ilə fəaliyyətini genişləndirir.

Momentus

"Momentus" peyklərin orbitdə son təyinat nöqtəsinə çatdırılması üzrə xidmət göstərir. Şirkətin hazırladığı "Vigoride" orbital aparatı bir raketlə buraxılan müxtəlif peykləri fərqli orbitlərə yerləşdirə bilir. Şirkət SPAC birləşməsi vasitəsilə NASDAQ birjasına çıxıb və fəaliyyətinin genişləndirilməsi üçün yüz milyonlarla dollar investisiya cəlb edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Startaplar xaricdən cəlb etdikləri valyutanı ölkəyə məhdudiyyətsiz gətirə biləcək

14.07.2026

Məzənnə

Yüklənir...