“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb

Redaktor

10.07.2026 10:39
50

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb

2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18% artıb.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

“Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18% artım deməkdir.

Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.

Bu göstəricilər “Startap” şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. “Startap” şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər

10.07.2026

"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi

10.07.2026

SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar

10.07.2026

"OpenAI" "Atlas" layihəsini dayandırdı

10.07.2026

Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri

10.07.2026
Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

10.07.2026

“Pul sadəcə yığılmamalıdır, işləməlidir” – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir ®

10.07.2026

"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı

10.07.2026

Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT

10.07.2026

Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?

10.07.2026

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb

10.07.2026

"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır

10.07.2026
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

10.07.2026

"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir

10.07.2026

BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB

10.07.2026

Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib

10.07.2026

1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

10.07.2026

Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib

09.07.2026

"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir

09.07.2026

Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

09.07.2026

Məzənnə

Yüklənir...