Redaktor
Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
Havanın necə keçməsindən asılı olmayaraq, çay süfrəsi azərbaycanlıların ən sevimli ənənələrindən biri olaraq qalır. Yay aylarında isə sərin dəniz havasında ailə və dostlarla samovar çayı içmək bu zövqü daha da xüsusi edir.
Bəs Bakının dənizkənarı restoranlarında çay dəsgahı neçəyə başa gəlir?
Valyuta.az Bakının dənizkənarında yerləşən restoranlarda çay dəsgahlarının qiymətlərini araşdırıb.
Araşdırma göstərir ki, dənizkənarı restoranlarda çay dəsgahının qiyməti 30 manatdan başlayaraq təxmini 80 manata qədər dəyişir.
"Gəmi Muzey Restoran"ı 4-5 nəfərlik çay dəsgahını 50 manata təqdim edir. Dəstə çay, mürəbbə, şokolad, çərəz və müxtəlif şirniyyatlar daxildir.
"Miramar Baku" restoranında 4-5 nəfərlik çay dəsgahının qiyməti 65 manatdır. Qiymətə samovar çayı, ləbləbi, paxlava və mürəbbə daxildir.
"Ada Restaurant"da 2 nəfərlik çay dəsgahı 66 manata təklif olunur. Dəsgaha samovar, iki növ mürəbbə, çərəz, meyvə qurusu və şokolad daxildir. 4-5 nəfərlik çay dəstgahı isə ikiqat qiymətə təqdim edilir.
"Ruby Restaurant"da hazır çay dəsgahı təqdim edilmir. Burada qonaqlar çay və əlavələri ayrıca sifariş edə bilərlər.
"Kalyon Terrace Restaurant" (Novxanı)-da da vahid çay dəstgahı təqdim edilmir. Kiçik samovar 30 manata, böyük samovar 45 manata, 5 litrlik samovar çayı 15 manata, 3 litrlik isə 10 manata təklif olunur. Mürəbbə, şokolad və çərəzlər ayrıca əlavə ödənişlə təqdim edilir.
"The Gallery by Hollywood" restoranında 4-5 nəfərlik çay dəsgahı 30 manatdır. Dəstə quru meyvələr, limon, çərəz, mürəbbə və çay daxildir.
"Marmaris Baku Restaurant" 2-4 nəfərlik çay dəsgahını 35 manata təqdim edir. Qiymətə iki çaynik çay, mürəbbə və şokolad daxildir.
"Rast" restoranında 4-5 nəfərlik çay dəsgahının qiyməti 30 manatdır. Dəstə bir çaynik çay, çərəz assortisi, bir növ mürəbbə və 4 ədəd paxlava daxildir.
"Nar & Şərab" restoranında da hazır çay dəsgahı təqdim edilmir. Qiymət sifariş edilən məhsullara uyğun hesablanır.
"Derya Fish House"da çay əsasən yeməkdən sonra təqdim olunur. Burada sadə çay 4 manat, şokoladlı çay 8 manat, mürəbbəli çay isə 9 manatdır.
"Çay Bağı" 145 restoranı iki fərqli çay dəsgahı təklif edir. 60 manatlıq dəstə samovar çayı, iki növ mürəbbə, şokolad və milli şirniyyatlar daxildir. 80 manatlıq dəstdə isə samovar çayı ilə yanaşı 7 növ məzə təqdim olunur.
"CHAYKİ Restaurant"da çay dəsgahının qiyməti 50 manatdır. Dəsgaha qoz-fındıq assortisi, seçilmiş quru meyvələr, ev üsulu ilə hazırlanan lokumlar, mürəbbə və çay daxildir.
"Beluga Beach & Restaurant"da da hazır çay dəstgahı yoxdur. Burada çay, mürəbbə, şokolad və çərəzlər ayrıca qiymətə daxil edilir.
"Terrace145" restoranında 4 nəfərlik çay dəsgahı servis haqqı daxil 71,50 manata başa gəlir. Dəsgaha samovar çayı, çaynik dəm, iki növ mürəbbə, çərəz və milli şirniyyatlar daxildir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər
10.07.2026"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi
10.07.2026SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar
10.07.2026"OpenAI" "Atlas" layihəsini dayandırdı
10.07.2026Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
10.07.2026
Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib
10.07.2026“Pul sadəcə yığılmamalıdır, işləməlidir” – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir ®
10.07.2026"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı
10.07.2026Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
10.07.2026Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?
10.07.2026“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb
10.07.2026"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır
10.07.2026