Redaktor
Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
Türkiyədə fəaliyyət göstərən mobil oyun şirkəti "Bold Games" investisiya turunda 6 milyon dollar maliyyə cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkət cəlb olunan vəsaiti komandasını genişləndirmək və ilk mobil oyunu olan "Market Match"i qlobal bazarda inkişaf etdirmək üçün istifadə edəcəyini açıqlayıb.
"Bold Games" Ulaş Mergen, Atakan Tuğlu, Candaş Demirel və Barış İncesu tərəfindən təsis edilib. Təsisçi heyəti daha əvvəl "Bigger Games", "Dream Games", "Agave Games", "ZeptoLab" və "Rollic" kimi tanınmış mobil oyun studiyalarında çalışıb.
Şirkət əsasən gündəlik (casual) mobil oyunların hazırlanması ilə məşğuldur və uzunmüddətli istifadəçi marağı yaradan oyunlar hazırlamağı hədəfləyir. "Bold Games"in ilk oyunu olan "Market Match" çeşidləmə tapmacası (sort puzzle) janrında hazırlanıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026