Redaktor
Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
2026-cı ilin ilk altı ayında qlobal texnologiya sektorunda genişmiqyaslı ixtisarlar qeydə alınıb. Şirkətlər süni intellekt texnologiyalarına investisiyaları artırmaq, xərcləri optimallaşdırmaq və təşkilati strukturlarını sadələşdirmək məqsədilə minlərlə əməkdaşını işdən çıxarıblar.
Valyuta.az xəbər verir ki, "Microsoft"un son ixtisar qərarı süni intellektin məşğulluğa təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Şirkətin təxminən 4 800 əməkdaşı işdən çıxarmağı planlaşdırması aylardır davam edən yenidənqurma prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Yanvar ayında diqqət çəkən ixtisarlar
ABŞ-ın ev xidmətləri platforması "Angi" ilin ilk günlərində süni intellektin yaratdığı məhsuldarlıq artımını əsas gətirərək təxminən 350 əməkdaşını işdən çıxarıb. Şirkət bu addımın illik 70-80 milyon dollar qənaət edəcəyini açıqlayıb.
Meta metavers layihələrinə ayırdığı resursları azaldaraq süni intellekt layihələrinə yönəltmək məqsədilə Reality Labs bölməsində təxminən 1 500 nəfərlə yollarını ayırıb. Şirkət AR avadanlıqları və metavers sahəsində xərcləri azaldaraq diqqətini süni intellekt və "superintellekt" əsaslı məhsulların hazırlanmasına yönəldir.
Mobil oyun istehsalçısı "Playtika" xərcləri azaltmaq və fəaliyyətini yenidən təşkil etmək məqsədilə 500-ə yaxın əməkdaşını işdən çıxarıb.
Telekommunikasiya avadanlıqları istehsalçısı "Ericsson" İsveçdə təxminən 1 600 əməkdaşını ixtisar edib. Şirkət bunu 5G investisiyalarının zəifləməsi və telekommunikasiya bazarında tələbin azalması fonunda həyata keçirilən yenidənqurma planı ilə əlaqələndirib.
Dizayn və mühəndislik proqram təminatı hazırlayan "Autodesk" yenidənqurma və xərclərin optimallaşdırılması çərçivəsində təxminən 1 000 əməkdaşını işdən çıxaracağını açıqlayıb.
Sosial media platforması "Pinterest" işçi qüvvəsinin təxminən 15 faizini, yəni 700 əməkdaşını ixtisar edib.
Çip istehsalı üçün avadanlıq istehsal edən "ASML" təşkilati strukturunu sadələşdirmək məqsədilə 1 700 əməkdaşını işdən çıxarıb.
Elektron ticarət nəhəngi "Amazon" ayın ən böyük ixtisarlarından birini həyata keçirərək 16 min əməkdaşı ilə yollarını ayırıb. Şirkət qərarı idarəetmə strukturunu sadələşdirmək və bürokratiyanı azaltmaq məqsədi ilə izah edib.
Video paylaşım platforması "Vimeo isə Bending Spoons" tərəfindən satın alındıqdan sonra qlobal yenidənqurma proqramı çərçivəsində yüzlərlə əməkdaşını işdən çıxarıb. Şirkət dəqiq rəqəmi açıqlamayıb.
Fevral ayında ixtisarlar sürətlənib
Korporativ insan resursları və maliyyə proqram təminatı hazırlayan "Workday" yenidənqurma və məhsuldarlığın artırılması məqsədilə işçi sayını azaldıb. Şirkət ixtisarın miqdarını açıqlamayıb.
Bulud əsaslı proqram təminatı istehsalçısı "Salesforce" yenidənqurma proqramı çərçivəsində 1 000-ə yaxın əməkdaşını işdən çıxarıb. İxtisarların əsasən marketinq, məhsul inkişafı və məlumat analitikası bölmələrini əhatə etdiyi bildirilib.
Elektron ticarət platforması "eBay" xərcləri azaltmaq məqsədilə təxminən 800 əməkdaşını ixtisar edib.
Kibertəhlükəsizlik şirkəti "CyberArk" əməliyyat səmərəliliyini artırmaq üçün 500 əməkdaşını işdən çıxarıb.
İnteryer dizaynı platforması "Livspace" fəaliyyətini optimallaşdırmaq məqsədilə 1 000 nəfərlə yollarını ayırıb.
Logistika proqram təminatı hazırlayan "WiseTech Global" təşkilati strukturunu sadələşdirərək 2 000 əməkdaşını ixtisar edib.
Onlayn market və avtomatlaşdırma şirkəti "Ocado" texnologiya və avtomatlaşdırma sahəsinə investisiyaları artırmaq məqsədilə 1 000 nəfəri işdən çıxarıb.
Maliyyə texnologiyaları şirkəti "Block" isə süni intellekt yönümlü transformasiya proqramı çərçivəsində 4 mindən çox əməkdaşını ixtisar edib.
Mart ayında iri şirkətlər də ixtisarlara qoşulub
Elektron ticarət platforması "Flipkart" xərcləri azaltmaq məqsədilə təxminən 500 əməkdaşını işdən çıxarıb.
Proqram təminatı istehsalçısı "Atlassian" qlobal işçi qüvvəsinin təxminən 10 faizini, yəni 1 600 nəfəri ixtisar edib.
"Fintex" şirkəti Stone fəaliyyətini optimallaşdırmaq məqsədilə 400 əməkdaşını işdən çıxarıb.
"Dell" yenidənqurma proqramı çərçivəsində 11 min əməkdaşını ixtisar etdiyini açıqlayıb. Şirkət diqqətini süni intellekt və məlumat mərkəzlərinə yönəldib.
"Epic Games" artan xərclər və "Fortnite" oyununda istifadəçi aktivliyinin azalması səbəbindən 1 000-dən çox əməkdaşını işdən çıxaracağını açıqlayıb.
"Meta" mart ayında daha 700 əməkdaşını ixtisar edib. Bildirilir ki, ixtisarlar əsasən "Reality Labs", satış, işə qəbul və sosial media bölmələrini əhatə edib.
"Oracle" isə süni intellekt və məlumat mərkəzlərinə yatırımları artırmaq məqsədilə qlobal əməliyyatlarında 30 min əməkdaşını işdən çıxarıb.
Apreldə ixtisarlar davam edib
İnsan resursları proqram təminatı hazırlayan "UKG" uzunmüddətli inkişaf strategiyası çərçivəsində 950 əməkdaşını işdən çıxarıb.
"Snap" qlobal işçi qüvvəsinin təxminən 16 faizini, yəni 1 000 nəfəri ixtisar edəcəyini açıqlayıb. Şirkət bununla yanaşı 300-dən çox vakant yeri də bağlayıb.
Süni intellekt və məlumat xidmətləri şirkəti "Sama" isə 1 108 əməkdaşını işdən çıxarıb.
May ayında minlərlə iş yeri ləğv olunub
"Freshworks" (500 nəfər), "Coinbase" (700 nəfər), "PayPal" (4 760 nəfər), "Ticketmaster "(350 nəfər), "Bill.com" (709 nəfər), "ZoomInfo" (600 nəfər), "LinkedIn" (875 nəfər), "Cisco" (4 000 nəfər), "Innovaccer" (340 nəfər), "Intuit" (3 000 nəfər), "Meta" (8 000 nəfər), "Wix" (1 000 nəfər) və "Groupon" (400 nəfər) də müxtəlif yenidənqurma proqramları çərçivəsində əməkdaşlarını ixtisar ediblər.
İyun ayında da ixtisarlar səngiməyib
"GitLab" (350 nəfər), "Uber" (işçi qüvvəsinin 23 faizi), "Paytm" (400 nəfər), "Lastminute.com" (400 nəfər), "Lucid Motors" (1 500 nəfər), "Bungie" (292 nəfər) və "SAS" (300 vəzifə) də işçi sayını azaldan şirkətlər sırasında yer alıb.
"Google" müxtəlif bölmələrində süni intellekt yönümlü transformasiya çərçivəsində işçi heyətində dəyişikliklər etsə də, ixtisarların dəqiq sayı açıqlanmayıb.
"Oracle" isə ayrıca açıqlamasında son bir il ərzində ümumilikdə 21 min əməkdaşını işdən çıxardığını və işçi sayının 162 mindən 141 minə düşdüyünü bildirib.
Beləliklə, 2026-cı ilin ilk yarısı texnologiya sektoru üçün son illərin ən böyük ixtisar dalğalarından biri kimi yadda qalıb. Şirkətlər süni intellekt, bulud texnologiyaları və məlumat mərkəzlərinə investisiyaları artırmaq üçün ənənəvi biznes strukturlarını yenidən formalaşdırmağa davam edirlər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026