"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

Redaktor

09.07.2026 14:20
111

"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

"OpenAI" süni intellektlə səsli ünsiyyəti daha təbii etmək məqsədilə hazırladığı yeni nəsil "GPT-Live" səs modeli seriyasını təqdim edib.

Valyuta.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, "GPT-Live" artıq "ChatGP"nin səsli söhbət funksiyasını dəstəkləyir və istifadəçi ilə ünsiyyəti real insan söhbətinə daha da yaxınlaşdırmağı hədəfləyir.

Yeni model tam ikitərəfli (full-duplex) arxitektura əsasında qurulub. Bunun sayəsində "GPT-Live" istifadəçinin danışığını dinləyərkən eyni vaxtda cavab verə bilir. Əvvəlki səsli söhbət rejimində model istifadəçinin danışığını tam bitirməsini gözləyirdi. "GPT-Live" isə söhbət zamanı "hə-hə", "başa düşdüm" kimi qısa reaksiyalar verərək qarşı tərəfi dinlədiyini göstərir.

"OpenAI" bildirir ki, model danışmağa davam etmək, dinləmək, fasilə vermək, istifadəçinin sözünü kəsmək və ya müxtəlif alətlərdən istifadə etmək kimi qərarları saniyədə dəfələrlə qəbul edə bilir. Bu xüsusiyyət xüsusilə gündəlik söhbətlərdə yaranan qısa fasilələr, araya girmələr və fon səs-küyü zamanı daha axıcı ünsiyyət təmin edir.

Canlı tərcümə və GPT-5.5 dəstəyi

Şirkətin məlumatına görə, "GPT-Live" canlı tərcümə kimi ssenarilərdə də daha təbii danışıq axını yaradır. Bununla yanaşı, model mürəkkəb tapşırıqlar zamanı işi arxa planda GPT-5.5 kimi daha güclü modellərə ötürə bilir. Bu müddətdə isə istifadəçi ilə danışığı davam etdirərək söhbətin kəsilməsinin qarşısını alır.

Yeni səsli söhbət funksiyası istifadəçilərə "ChatGPT"dən daha yavaş danışmağı xahiş etməyə, fikirlərini toplamaq üçün fasilə verməyə və ya söhbətin ortasında yeni suallar ünvanlamağa imkan verir.

"OpenAI" həmçinin "ChatGPT"də mövcud olan 9 fərqli səs variantını "GPT-Live" üçün yenidən optimallaşdırdığını açıqlayıb.

"GPT-Live" yalnız səsli cavablarla kifayətlənmir. İstifadəçi səsli şəkildə sual verərkən "ChatGPT" hava proqnozu, birja göstəriciləri və idman yarışları kimi mövzularda vizual kartlar da göstərə bilir.

Yeni model axtarış, yaddaş, şəkillər və fayl yükləmə funksiyaları ilə də inteqrasiya olunub.

Kimlər istifadə edə bilər?

"OpenAI" hazırda "GPT-Live-1" və "GPT-Live-1 mini" olmaqla iki versiyanı istifadəyə verib.

"GPT-Live-1" - "Go", "Plus" və "Pro" abunəçiləri üçün standart səs modeli olacaq.
"GPT-Live-1" mini - pulsuz istifadəçilər üçün standart model kimi təqdim edilir.

Hazırda "GPT-Live iOS", "Android" və "ChatGPT.com" platformalarında əlçatandır. Şirkət yaxın zamanda modeli "API" vasitəsilə də təqdim etməyi planlaşdırır.

"OpenAI" bildirib ki, "GPT-Live" hazırda video və ekran paylaşımı funksiyalarını dəstəkləmir. Bu imkanların yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

Şirkət yeni model üçün səs əsaslı təhlükəsizlik mexanizmlərini də genişləndirib. "GPT-Live" özünə zərər vermə, psixoz, mani, emosional asılılıq, zorakılıq və cinsi məzmun kimi riskli mövzular üzrə xüsusi sınaqlardan keçirilib.

"OpenAI"nin məlumatına görə, hər həftə 150 milyondan çox istifadəçi "ChatGPT"də səs və diktə funksiyalarından yararlanır. Şirkət "GPT-Live" ilə səsli ünsiyyəti daha uzunmüddətli və daha mürəkkəb tapşırıqlar üçün yararlı hala gətirməyi qarşısına məqsəd qoyub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Hansı bank avtomobil krediti üçün sərfəlidir?

09.07.2026

Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib

09.07.2026

Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL

09.07.2026

Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb

09.07.2026

Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?

09.07.2026

"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

09.07.2026

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®

09.07.2026

FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi

09.07.2026
BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

09.07.2026

Çinin "CXMT" şirkəti 4,3 milyard dollar cəlb etməyi planlaşdırır

09.07.2026

Məzənnə

Yüklənir...