BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

Redaktor

09.07.2026 13:52
107

BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

Beynəlxalq Valyuta Fondu (BVF) yaxın aylarda mərkəzi banklarla pul siyasətində irəliyə yönəlik kommunikasiyanın tətbiqinə dair yanaşmaların dəyişdirilməsini müzakirə etməyi planlaşdırır.

Valyuta.Az-ın Reuters-ə istinadla verdiyi xəbərə görə, BVF hesab edir ki, iqtisadi qeyri-müəyyənliyin yüksək olduğu dövrlərdə effektiv kommunikasiya pul siyasətinin mühüm elementlərindən biridir.

BVF-nin Tədqiqat Departamentinin direktor müavini Petya Koeva Bruks (Petya Koeva Brooks) bildirib ki, irəliyə yönəlik kommunikasiya keçmişdə effektiv alət olub. Bununla belə, siyasətçilərin zaman keçdikcə onun tətbiq dairəsini və formasını yenidən nəzərdən keçirməsi təbii haldır.

ABŞ Federal Ehtiyat Sisteminin may ayında vəzifəyə başlayan sədri Kevin Uorş (Kevin Warsh) Fed-in kommunikasiya siyasətini yenidən qiymətləndirmək və pul siyasətində irəliyə yönəlik kommunikasiyadan istifadəni azaltmaq niyyətindədir.

Onun sədrliyi ilə keçirilən ilk iclasda yaxın dövrdə qəbul oluna biləcək faiz dərəcələri ilə bağlı istinadların çıxarıldığı sadələşdirilmiş pul siyasəti bəyanatı yekdilliklə qəbul edilib.

Ötən həftə Portuqaliyanın Sintra şəhərində keçirilən Avropa Mərkəzi Bankının illik forumunda çıxış edən Uorş bildirib ki, mərkəzi banklar qərarlarını «real iqtisadiyyatda baş verən proseslərə» əsaslandırmalıdır.

Tədbirdə iştirak edən Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard (Christine Lagarde), İngiltərə Bankının rəhbəri Endryu Beyli (Andrew Bailey) və Kanada Bankının rəhbəri Tiff Maklem (Tiff Macklem) də irəliyə yönəlik kommunikasiya məsələsində daha ehtiyatlı yanaşmanı dəstəklədiklərini bildiriblər.

Bruks qeyd edib ki, BVF bu mövzunu diqqətdə saxlayır və mövcud iqtisadi şəraitdə qeyri-müəyyənlik və dəyişkənliyin yüksək olduğunu nəzərə alaraq ardıcıl kommunikasiya siyasətinin vacibliyini vurğulayır.

«Yüksək qeyri-müəyyənlik şəraitində mərkəzi bankların kommunikasiya siyasəti onların iqtisadi şokları, bu şokların təsirlərini və pul siyasətinin mövcud mövqeyini necə qiymətləndirdiyini izah etmək baxımından mühüm əhəmiyyət daşıyır», — Bruks bildirib.

O əlavə edib: «İrəliyə yönəlik kommunikasiya xüsusilə faiz dərəcələrinin sıfıra yaxın olduğu dövrdə faydalı alət olub. Lakin zaman keçdikcə və təcrübə artdıqca onun əhatə dairəsini və tətbiq mexanizmlərini yenidən nəzərdən keçirmək tamamilə təbiidir. Biz bu prosesi izləyirik və qarşıdakı aylarda bu mövzuda əməkdaşlığı davam etdirməyi gözləyirik.»

BVF-nin keçmiş baş iqtisadçısı Pyer-Olivye Qurinşa (Pierre-Olivier Gourinchas) ötən ay vəzifəsindən ayrılmazdan əvvəl Reuters agentliyinə bildirib ki, mərkəzi bankların irəliyə yönəlik kommunikasiyanın daha sərt formalarından uzaqlaşması məqsədəuyğundur. Onun sözlərinə görə, bu yanaşma bəzi hallarda mərkəzi bankları iqtisadi şərait dəyişsə belə əvvəlcədən verilmiş siqnallara uyğun qərarlar qəbul etməyə məcbur edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Hansı bank avtomobil krediti üçün sərfəlidir?

09.07.2026

Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib

09.07.2026

Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL

09.07.2026

Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb

09.07.2026

Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?

09.07.2026

"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

09.07.2026

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®

09.07.2026

FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi

09.07.2026
BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

09.07.2026

Çinin "CXMT" şirkəti 4,3 milyard dollar cəlb etməyi planlaşdırır

09.07.2026

Məzənnə

Yüklənir...