HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

Redaktor

08.07.2026 16:01
84

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC iri korporativ iflaslardan sonra yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb və riskləri azaltmaq məqsədilə bəzi müştərilər üçün kreditləşməni məhdudlaşdırır.

Valyuta.az-ın məlumatına görə, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən yazıb.

Nəşr bildirir ki, HSBC sənayedə risklərin qiymətləndirilməsindəki zəiflikləri üzə çıxaran iri korporativ iflaslardan sonra yüksək riskli özəl kredit fondlarının maliyyələşdirilməsini dayandırıb.

Böyük Britaniyada yerləşən bank yaxın vaxtlarda müştərilərinə bildirib ki, kifayət qədər gəlirlilik təmin etməyən və risk səviyyəsini kompensasiya etməyən özəl kredit fondlarının maliyyələşdirilməsini yeniləməyəcək. Bank bundan sonra diqqətini daha dayanıqlı fondlara yönəldəcək.

Bankdakı mənbənin sözlərinə görə, HSBC özəl kredit sektoruna marağını qoruyur. Bununla belə, risklərə nəzarəti gücləndirmək məqsədilə bəzi müştərilər üçün özəl kredit fondlarına ayrılan maliyyələşdirməni azaldır. Digər bank xidmətləri isə əvvəlki qaydada davam etdirilir.

Bu addım Barclays bankının qəbul etdiyi oxşar qərarlarla üst-üstə düşür. Barclays-in baş icraçı direktoru C.S. Venkatakrişnan (C.S. Venkatakrishnan) apreldə bəzi strukturlaşdırılmış maliyyələşdirmə tərəfdaşları üçün kredit məhdudiyyətləri tətbiq etdiklərini açıqlamışdı.

Hesabatda qeyd olunur ki, bankların bu geri çəkilməsi özəl kredit fondlarını kredit portfellərinin gəlirliliyini qorumaq üçün alternativ maliyyələşmə mənbələri axtarmağa məcbur edir.

Hər iki Britaniya bankı təxminən 2 milyard funt sterlinq həcmində keçid maliyyələşdirilməsi ilə məşğul olan Market Financial Solutions (MFS) şirkətində yaranmış problemlərdən sonra risklərini yenidən qiymətləndirib. Şirkət fırıldaqçılıq iddiaları ilə üzləşib. 

Barclays MFS ilə bağlı mümkün itkilər üçün 228 milyon funt sterlinq ehtiyat ayırıb. HSBC isə “Apollo”nun Atlas SP bölməsi vasitəsilə MFS-yə verilmiş kreditlərlə əlaqədar 400 milyon ABŞ dolları məbləğində zərər qeydə alıb.

Bu yenidənqiymətləndirmə prosesi ABŞ-da fəaliyyət göstərən avtomobil krediti şirkəti Tricolor və avtomobil ehtiyat hissələri istehsalçısı First Brands Group-un maliyyə çətinliklərindən sonra bankın kredit portfelinin təhlilinin davamı hesab olunur.

Tənzimləyici qurumlar da bu maliyyə əlaqələri ilə bağlı xəbərdarlıqlarını gücləndiriblər. Avropa Mərkəzi Bankı bildirib ki, maliyyə şokları sistem üzrə yayılaraq güclənə və müxtəlif iştirakçılar arasında ötürülə bilər.

HSBC açıqlamasında qeyd edib ki, bank özəl kredit bazarının bütün seqmentlərində fəaliyyət göstərir və əsas müştəriləri üçün ən yüksək potensiala malik regionlarda qlobal əməliyyatların dəstəklənməsinə üstünlük verir. Barclays isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Digər tərəfdən, ABŞ-ın iri maliyyə institutları bu sektorda yeni imkanlar yaradır. May ayında Citigroup“BlackRock”un HPS Investment Partners bölməsi özəl kredit sahəsində strateji tərəfdaşlıq yaradıb.

Aydın

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır

08.07.2026

"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib

08.07.2026

Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf

08.07.2026

"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb

08.07.2026

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

08.07.2026

"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır

08.07.2026

"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

08.07.2026

5 iqtisadi rayonda kredit faizləri yüksək olub

08.07.2026

“ING” “Singular Bank”ın 40 faiz payını alır

08.07.2026

"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

08.07.2026

“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir

08.07.2026
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

08.07.2026

Bir qrup diplomata diplomatik rütbələr verildi - SİYAHI

08.07.2026

Biznesi idarə etməyi öyrədən 14 film

08.07.2026

Süni intellekt startapı 40 milyon dollarlıq investisiya cəlb edib

08.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 20,4 milyon manatdan çox artırıb

08.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

08.07.2026

"Berkshire Hathaway"in portfelinin 58%-i cəmi beş "Dow" şirkətində cəmlənib

08.07.2026

Pul yığa bilməyənlərin işini asanlaşdıran "Expressbank"ın "Mücrü" əmanəti nə qədər qazandırır? - CƏDVƏL

08.07.2026

Eren Balinin startapı “Monogram” 40 milyon dollar investisiya alıb

08.07.2026

Məzənnə

Yüklənir...