Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

Redaktor

08.07.2026 14:30
101

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

Bu gün milyardlarla dollar dəyərində qiymətləndirilən bir çox şirkət əslində çox sadə problemlərin həlli üçün yaranıb. Onlardan biri də "Airbnb"dir. Cəmi üç hava döşəyi ilə kirayə pulunu ödəməyə çalışan üç gəncin ideyası sonradan qlobal turizm sənayesini dəyişdirən platformaya çevrildi.

2007-ci ildə San-Fransiskoda kirayə haqqını ödəməkdə çətinlik çəkən üç gəncin ağlına gələn sadə fikir sonradan dünyanın ən böyük qısamüddətli kirayə platformalarından biri olan Airbnb-nin yaranmasına səbəb oldu.

Valyuta.az xəbər verir ki, "Airbnb"nin həmtəsisçiləri Brayan Çeski, Co Gebbia və Neytan Bleçarçik biznesə cəmi üç hava döşəyi ilə başlayıblar. 

Hər şey bir elektron məktubla başladı

O dövrdə San-Fransiskoda keçiriləcək dizayn konfransı səbəbindən şəhərdə otel tapmaq demək olar ki, mümkün deyildi. "Airbnb" ideyası Joe Gebbianın otaq yoldaşı Brayan Çeskiyə göndərdiyi sadə elektron məktubdan sonra yaranıb. O, mənzillərində hava döşəkləri yerləşdirərək qonaqlara gecələmə və səhər yeməyi təklif etməyi, bununla da əlavə gəlir əldə etməyi təklif edib.

İki dost airbedandbreakfast.com adlı sadə internet saytı yaradaraq üç hava döşəyi alıb. İlk müştərilərdən hər biri gecələmək üçün 80 dollar ödəyib.

İlk uğurdan sonra biznesə çevrildi

İlk qonaqları qəbul etdikdən sonra təsisçilər bunun təkcə kirayə pulunu ödəmək üçün deyil, daha böyük biznesə çevrilə biləcəyini anladılar. Onlar proqramçı dostları Neytan Bleçarçiki də komandaya cəlb edərək layihəni inkişaf etdirməyə başladılar.

Lakin uğura gedən yol asan olmayıb. Layihə bir neçə dəfə yenidən istifadəyə verilsə də, demək olar ki, heç kimin diqqətini çəkməyib. 2008-ci ildə keçirilən "SXSW" texnologiya festivalında belə platforma cəmi iki sifariş alıb.

İnvestorlar ard-arda imtina edirdi

Təsisçilər investorlarla görüşsələr də, müsbət nəticə əldə edə bilməyiblər. Təxminən 15 mələk investora təqdimat keçirilsə də, 8-i layihədən imtina edib, qalanları isə ümumiyyətlə cavab verməyib.

Pul çatışmazlığı səbəbindən təsisçilər qeyri-adi marketinq üsuluna əl atıblar. ABŞ-də 2008-ci il prezident seçkiləri zamanı onlar namizədlərə həsr olunmuş "Obama O's" və "Cap'n McCains" adlı məhdud sayda səhər yeməyi taxılı qutuları hazırlayaraq hər birini 40 dollara satıblar. Bu təşəbbüs onlara təxminən 30 min dollar qazandırıb və əldə olunan vəsait "Airbnb"nin inkişafına yönəldilib.

Layihəyə inanan ilk böyük investor tanınmış startap akseleratoru "Y Combinator" olub. 2009-cu ildə proqrama qəbul edilən "Airbnb" komandası məhsulu təkmilləşdirib və həmin ilin aprelində "Sequoia Capital" fondundan 600 min dollarlıq ilkin investisiya cəlb edib.

Elə həmin il şirkət uzun olan "Air Bed & Breakfast" adından imtina edərək bugünkü "Airbnb" brendinə keçib.

Bir neçə il ərzində milyard dollarlıq şirkətə çevrildi

Şirkətin inkişafı bundan sonra sürətlənib. 2011-ci ildə "Airbnb" artıq 89 ölkədə fəaliyyət göstərir, platforma vasitəsilə 1 milyondan çox gecələmə sifariş edilib.

Həmin il şirkət 112 milyon dollar investisiya cəlb edib və bazar dəyəri 1 milyard dolları keçərək Silikon Vadisinin "unikorn" startaplarından birinə çevrilib.

Sürətli inkişafla yanaşı, "Airbnb" müxtəlif problemlərlə də üzləşib. Bəzi ev sahiblərinin mənzillərinə ziyan vurulması, qısamüddətli kirayələrlə bağlı hüquqi mübahisələr və bir sıra şəhərlərdə tətbiq olunan məhdudiyyətlər şirkətin fəaliyyətini çətinləşdirib.

Buna baxmayaraq, "Airbnb" ev sahibləri üçün 1 milyon dollarlıq zəmanət proqramı tətbiq edib, bəzi şəhərlərdə turizm vergilərinin toplanmasına başlayıb və yerli hakimiyyət orqanları ilə əməkdaşlığı genişləndirib.

Bir vaxtlar kirayə pulunu ödəyə bilməyən üç gəncin yaratdığı platforma qısa müddətdə qlobal biznesə çevrildi. İlk illərdə investorlardan dəfələrlə rədd cavabı alan Airbnb sonradan milyardlarla dollar investisiya cəlb etdi və ənənəvi otel sektorunun əsas rəqiblərindən biri oldu.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır

08.07.2026

"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib

08.07.2026

Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf

08.07.2026

"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb

08.07.2026

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

08.07.2026

"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır

08.07.2026

"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

08.07.2026

5 iqtisadi rayonda kredit faizləri yüksək olub

08.07.2026

“ING” “Singular Bank”ın 40 faiz payını alır

08.07.2026

"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

08.07.2026

“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir

08.07.2026
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

08.07.2026

Bir qrup diplomata diplomatik rütbələr verildi - SİYAHI

08.07.2026

Biznesi idarə etməyi öyrədən 14 film

08.07.2026

Süni intellekt startapı 40 milyon dollarlıq investisiya cəlb edib

08.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 20,4 milyon manatdan çox artırıb

08.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

08.07.2026

"Berkshire Hathaway"in portfelinin 58%-i cəmi beş "Dow" şirkətində cəmlənib

08.07.2026

Pul yığa bilməyənlərin işini asanlaşdıran "Expressbank"ın "Mücrü" əmanəti nə qədər qazandırır? - CƏDVƏL

08.07.2026

Eren Balinin startapı “Monogram” 40 milyon dollar investisiya alıb

08.07.2026

Məzənnə

Yüklənir...