Redaktor
"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
İyun ayının sonunda Nyu-York Fond Birjasında (NYSE) birbaşa listinqə çıxan "Securitize" şirkətinin səhmləri ilk ticarət günündə gördüyü maksimum qiymətlə müqayisədə təxminən 40% dəyər itirib. Şirkətin səhmləri yalnız son ticarət sessiyasında isə 25% ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, bu geriləmə, real dünya aktivlərinin (RWA) tokenizasiyasına artan maraq fonunda diqqət çəkir. Belə ki, "Securitize" dünyanın ən böyük aktiv idarəetmə şirkəti "BlackRock"ın tokenləşdirilmiş pul bazarı fondu BUIDL üçün texnoloji infrastruktur təmin edən əsas tərəfdaşlardan biridir.
Rəqəmsal aktivlər üzrə investisiya şirkəti "Arca"nın baş investisiya direktoru Ceff Dorman bildirib ki, səhmlərdəki eniş şirkətin fəaliyyətindəki problemlərlə deyil, "SPAC" (Special Purpose Acquisition Company) - xüsusi təyinatlı satınalma şirkəti -birləşmələrindən sonra müşahidə olunan adi satış təzyiqi ilə bağlıdır.
Onun sözlərinə görə, şirkətin fundamental göstəricilərində ciddi mənfi dəyişiklik görünmür və son dövrdə "SPAC" vasitəsilə birjaya çıxan bir çox kripto yönümlü şirkətin səhmlərində də oxşar enişlər qeydə alınıb.
"SPAC" birləşməsi niyə satış təzyiqi yaradır?
"SPAC" özəl şirkətlərin ənənəvi "IPO" prosesindən keçmədən birjada listinq olunmasına imkan verən mexanizmdir.
Bu modeldə özəl şirkət "SPAC"la birləşərək qısa müddətdə birja şirkətinə çevrilir. Lakin "SPAC" investorlarının əhəmiyyətli hissəsi listinq başa çatan kimi mənfəətlərini reallaşdırmaq məqsədilə səhmlərini satır. Bu isə bazarda güclü satış təzyiqi yaradaraq qiymətlərin enməsinə səbəb olur.
Dorman da hesab edir ki, "Securitize" səhmlərindəki son enişin əsas səbəbi məhz iri səhmdarların mənfəət realizə etməsidir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026