Redaktor
"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 6 iyul 2026-cı il tarixli qərarı ilə "Kəpəz" BOKT-un istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Valyuta.az xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə kütləvi birqiymətli hərrac 14 iyul 2026-cı il tarixində keçiriləcək.
Emissiyanın ümumi həcmi 1 milyon manat təşkil edir. Buraxılış çərçivəsində nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz investorlara təklif olunacaq.
İstiqrazların illik gəlirlilik dərəcəsi 15%, tədavül müddəti isə 24 ay müəyyən edilib. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay həyata keçiriləcək.
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi (ISIN) AZ2014020807-dir. İstiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.
İnvestorlar emissiya prospekti ilə Bakı Fond Birjasının rəsmi internet səhifəsində emitentin profili bölməsindən tanış ola bilərlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026