Redaktor
"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
"Apple" ABŞ-da çip istehsalını genişləndirmək məqsədilə "Broadcom" ilə 30 milyard dollardan çox dəyərində uzunmüddətli əməkdaşlıq sazişi imzaladığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu, şirkətin ölkə daxilində istehsala yönəlmiş indiyədək ən böyük investisiya öhdəliyi hesab olunur.
Şirkətin yaydığı məlumata görə, saziş çərçivəsində ABŞ-da 15 milyarddan çox çip istehsal ediləcək.
Eyni zamanda, "Broadcom"un Kolorado ştatının Fort Kollinz şəhərində yerləşən istehsal müəssisəsinin genişləndirilməsinə 1,5 milyard dollar sərmayə yatırılacaq. "Apple" yeni istehsal güclərinin hansı tarixdə istifadəyə veriləcəyini açıqlamayıb.
Yeni razılaşma "Apple" ilə "Broadcom" arasında uzun illər davam edən tərəfdaşlığı daha da genişləndirir.
"Broadcom" bundan sonra "Apple" cihazlarının mobil rabitə, "Wi-Fi" və "Bluetooth" şəbəkələrinə qoşulmasını təmin edən simsiz rabitə komponentlərini ABŞ-da istehsal edəcək.
"Broadcom" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə bildirib ki, tərəflər 2031-ci ilədək "Apple" məhsullarının bir neçə nəsli üçün xüsusi təyinatlı ASIC (Application-Specific Integrated Circuit) çiplərinin hazırlanması və tədarükü ilə bağlı yeni uzunmüddətli müqavilələr imzalayıblar. Bu tip çiplər xüsusilə süni intellekt sistemlərində geniş istifadə olunur.
Bu razılaşma "Apple"ın 2025-ci ildə elan etdiyi, dörd il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya yatırılmasını nəzərdə tutan proqramın ən böyük layihələrindən biridir.
Layihə həmçinin şirkətin təchizat zəncirində yerli istehsalın artırılmasına yönəlmiş Amerika İstehsal Proqramı (AMP) çərçivəsində indiyədək verilmiş ən iri öhdəlik sayılır.
"Apple" bəyanatında bildirib ki, şirkət ABŞ administrasiyası və ölkədə fəaliyyət göstərən tərəfdaşlarla birlikdə tam inteqrasiya olunmuş yerli yarımkeçirici təchizat zəncirinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir və yeni saziş bu məqsədə xidmət edir.
"Apple"ın baş icraçı direktoru Tim Kuk bildirib ki, Fort Kollinzdə istehsal olunacaq komponentlər şirkətin istifadəçilərinin gözlədiyi yüksək performans və etibarlı bağlantının təmin edilməsində mühüm rol oynayacaq.
O, layihəyə göstərilən dəstəyə görə ABŞ Prezidenti Donald Trampa və administrasiyasına təşəkkür edib.
"Broadcom"un baş icraçı direktoru Hok Tan isə qeyd edib ki, "Apple"ın bu investisiyası şirkətin Fort Kollinzdəki istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradacaq.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026