Redaktor
"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
"OpenAI" ən qabaqcıl süni intellekt modeli olan "GPT-5.6"nı istifadəyə verəcək.
Valyuta.az xəbər verir ki, "GPT-5.6" əvvəlcə yalnız hökumət orqanları ilə məlumat paylaşılmış məhdud sayda etibarlı tərəfdaş üçün əlçatan idi. Əlavə sınaqlar və
"OpenAI" rəhbərliyi ilə ABŞ rəsmiləri arasında keçirilən görüşlərdən sonra modelin geniş istifadəsinə razılıq verilib.
Şirkət "X" platformasında paylaşdığı açıqlamada "GPT-5.6 Sol" modeli ilə yanaşı, daha aşağı qiymət seqmentinə aid "Terra" və "Luna" modellərinin də istifadəyə veriləcəyini bildirib.
"OpenAI" iyunun sonunda modellərlə bağlı təqdim etdiyi ilkin məlumatda onların proqramlaşdırma, biologiya və kibertəhlükəsizlik sahələrində agent əsaslı imkanlarının əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini açıqlayıb. Şirkətin məlumatına görə, "GPT-5.6 Sol" modeli "ExploitBench" kibertəhlükəsizlik göstəricisi üzrə "Anthropic"in "Mythos Preview" modeli ilə rəqabət apara bilir.
Həmçinin ABŞ və Çin qabaqcıl süni intellekt modellərinin hazırlanması sahəsində rəqabəti sürətləndirir. Bu modellərin mürəkkəb kibertəhlükəsizlik hücumlarını daha sürətli həyata keçirmək potensialına malik olması hökumətlərin təhlükəsizlik nəzarətini gücləndirməsinə səbəb olub.
Bu çərçivədə ABŞ Prezidenti Donald Tramp qabaqcıl süni intellekt modellərinin təqdim edilməzdən əvvəl könüllü əsasda 30 günədək müddətdə hökumətə təqdim edilməsini nəzərdə tutan fərman imzalayıb. Məqsəd texnologiyanın Çin, Rusiya və digər ölkələrin hərbi və kəşfiyyat qurumları tərəfindən mümkün sui-istifadə risklərini əvvəlcədən qiymətləndirməkdir.
Digər tərəfdən, Çin hakimiyyəti də ölkənin aparıcı texnologiya şirkətləri ilə hələ təqdim olunmamış süni intellekt modellərinə xaricdən çıxışın məhdudlaşdırılması imkanlarını müzakirə edir.
Xatırladaq ki, "Anthropic" ABŞ hökumətinin tətbiq etdiyi ixrac nəzarəti qərarından sonra ən qabaqcıl "Mythos 5" və "Fable 5" modellərini müvəqqəti olaraq bütün istifadəçilər üçün əlçatmaz edib. Şirkət təhlükəsizlik tədbirlərini gücləndirdikdən sonra məhdudiyyətlərin bir hissəsini aradan qaldırıb.
Qeyd edək ki, İlon Mask da "Anthropic" və "OpenAI" ilə rəqabət aparan "SpaceXAI" şirkətinin aparıcı modeli olan "Grok 4.5"in ictimai istifadə üçün əlçatan olduğunu açıqlayıb.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026