"Disney"lə əməkdaşlıq edən məşhur dondurma şirkəti niyə batdı?

Redaktor

08.07.2026 08:30
259

"Disney"lə əməkdaşlıq edən məşhur dondurma şirkəti niyə batdı?

ABŞ-da kiçik bir dondurma dükanından başlayaraq milyonlarla dollarlıq şirkətə çevrilən "Ample Hills Creamery" sürətli böyümənin yaratdığı maliyyə problemləri səbəbindən fəaliyyətini iflasla başa vurub.

Valyuta.az xəbər verir ki, şirkətin həmtəsisçisi Brayan Smit əvvəlcə evdə hazırladığı fərqli dadlı dondurmalarla tanınıb. 2010-cu ildə həyat yoldaşı Ceki Kuskuna ilə birlikdə Bruklində ilk mağazasını açan cütlük qısa müddətdə böyük uğur qazanıb. Şirkət 2020-ci ilə qədər ABŞ-ın dörd ştatında 16 mağaza açıb, illik dövriyyəsi 10 milyon dollara, bazar dəyəri isə 40 milyon dollara çatıb.

Şirkətin qeyri-adi dadları "Disney" və Oprah Winfrey kimi məşhur adların da diqqətini cəlb edib. Hətta "Disney" ilə əməkdaşlıq çərçivəsində "Star Wars" mövzulu xüsusi dondurmalar hazırlanıb.

Lakin Harvard Biznes Məktəbinin hazırladığı araşdırmaya görə, məhz bu sürətli uğur şirkətin ən böyük səhvinə çevrilib. Ample Hills sürətlə genişlənmək üçün vençur investisiyası və bank kreditləri hesabına təxminən 20 milyon dollar cəlb edib, bahalı istehsal zavodu tikib və qısa müddətdə çoxsaylı mağazalar açıb. Ancaq satışlar bu investisiyaları qarşılamağa kifayət etməyib.

2020-ci ildə investorlardan yeni maliyyə dəstəyi ala bilməyən şirkət iflasdan qoruna bilməyib. Sonradan onun aktivləri cəmi 1 milyon dollara başqa şirkət tərəfindən satın alınıb.

Bununla belə, təsisçilər biznesdən tamamilə uzaqlaşmayıblar. Onlar 2021-ci ildə Bruklində yeni dondurma mağazası açaraq yenidən fəaliyyətə başlayıblar. Bu dəfə isə vençur kapitalından imtina edib, daha ehtiyatlı böyümə strategiyasına üstünlük veriblər.

Harvard Biznes Məktəbinin ekspertləri hesab edirlər ki, bu hekayə sahibkarlar üçün mühüm dərsdir. Onların fikrincə, sürətli böyümə hər zaman uğur demək deyil və biznesi genişləndirərkən maliyyə intizamını qorumaq, düzgün investor seçmək və davamlı inkişaf strategiyası qurmaq vacibdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır

08.07.2026

"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib

08.07.2026

Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf

08.07.2026

"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb

08.07.2026

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

08.07.2026

"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır

08.07.2026

"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

08.07.2026

5 iqtisadi rayonda kredit faizləri yüksək olub

08.07.2026

“ING” “Singular Bank”ın 40 faiz payını alır

08.07.2026

"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

08.07.2026

“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir

08.07.2026
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

08.07.2026

Bir qrup diplomata diplomatik rütbələr verildi - SİYAHI

08.07.2026

Biznesi idarə etməyi öyrədən 14 film

08.07.2026

Süni intellekt startapı 40 milyon dollarlıq investisiya cəlb edib

08.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 20,4 milyon manatdan çox artırıb

08.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

08.07.2026

"Berkshire Hathaway"in portfelinin 58%-i cəmi beş "Dow" şirkətində cəmlənib

08.07.2026

Pul yığa bilməyənlərin işini asanlaşdıran "Expressbank"ın "Mücrü" əmanəti nə qədər qazandırır? - CƏDVƏL

08.07.2026

Eren Balinin startapı “Monogram” 40 milyon dollar investisiya alıb

08.07.2026

Məzənnə

Yüklənir...