Redaktor
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur.
Valyuta.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə komissiyanın sədri, deputat Ramid Namazov deyib:
"Bunun əhəmiyyəti ondan ibarətdir ki, dünyada mövcud olan böyük dil modellərinin əksəriyyəti ingilis və bir neçə başqa dominant dil üzərində öyrədilib, bu isə Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu deməkdir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq".
"Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir: süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi; məlumatların idarə edilməsi və hesablama infrastrukturunun inkişafı; kadr potensialının gücləndirilməsi; ictimai maarifləndirmə.
Strategiyada açıq şəkildə vurğulanır ki, cəmiyyətin süni intellektin təkcə imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması və bu sahədə etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindən biridir.
Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir. Bu sahənin inkişafı ilə bağlı onun demək olar ki, Azərbaycanın süni intellekt sahəsindəki strategiyası xüsusi sahələrdə suverenliyi təmin edərkən, digər sahələrdə beynəlxalq tərəfdaşlıqdan faydalanan balanslaşdırılmış bir modeldir", - deyə komissiya sədri qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026